Bağ-bağçalarından səmərəli istifadə etməyən özbəklər üçqat torpaq vergisi ödəyəcək

Bağ-bağçalarından səmərəli istifadə etməyən özbəklər üçqat torpaq vergisi ödəyəcək

-- həyətyanı sahələrə ildə iki dəfə baxış keçiriləcək

Özbəkistan höküməti vətəndaşlarını xəbərdar edib ki, səmərəli istifadə olunmayan həyətyanı sahələrə görə torpaq vergisi üçqat artırılacaq.
 
Maide.Az "BBC"ə istinadən xəbər verir ki, rəsmilər "fermerlik fəaliyyətinə, istixana, mal-qara və toyuq-cücə saxlanmasına əhalidəki marağı müəyyən etmək üçün" bütün həyətyanı sahələri ildə iki dəfə baxışdan keçirəcək.
 
Xəbərdə deyilir ki, polis əməkdaşları, vergi müfəttişləri və yerli prokurorlardan ibarət heyət "həyətyanı sahədən səmərəli istifadə edilmədiyini" aşkarlayacağı təqdirdə həmin sahəyə görə torpaq vergisi üçqat artırılacaq.
 
Yeni qayda prezident Şavkat Mirziyoyevin vətəndaşların süd və kartof kimi məhsulları həyətyanı sahələrdə yetişdirmək əvəzinə onu bazar-dükandan almalarından məyusluq hissi keçirdiyini bildirəndən sonra elan edilib.
 
"Özbəklər torpağı becərməlidirlər", - ötən həftə prezident deyib, kun.uz vebsaytı bildirib.
 
İslam Kərimovun vəfatından sonra 2016-cı ilin dekabr ayında seçilmiş Özbəkistan prezidenti öz həyətyanı sahəsində işləməyi qəbahət saymır.
 
Müxalifətçi Eltuz.com saytının yazdığına görə, onun 110 toyuğu var və o, yumurtaları doğma kəndinə göndərərək əvəzində ət və qatıq alır.
 
Prezident deyib ki, o, hər həftəsonu uşaqları ilə birgə toyuq hinini təmizləyir.
 
"Prezident olmaq fərqli olmaq demək deyil. Hər gün işləməlisən", - Mirziyoyev deyib.

Google+ WhatsApp ok.ru