Bağdadda terror aktı - ölən və yaralananlar var

Bağdadda terror aktı - ölən və yaralananlar var

Bağdadda bazar yaxınlığında güclü partlayış törədilib - ölən və yaralananlar var
 
Bağdadın Əbu-Dəşir bölgəsinin yerli bazarının yaxınlığında partlayıcı quraşdırılmış avtomobilin işə salınması ilə növbəti terror aktı həyata keçirilib.
 
Bu barədə Bağdad Polis İdarəsinin kapitanı Zahir Əl-Həfəci məlumat verib. Avtomobil bazar yaxınləığında degər avtomobillərin yanında park halında saxlanılmışdı.
 
Hadisə nəticəsində 7 nəfər həlak olub, 24 nəfər yaralanıb, yaxınlıqdakı bir neçə avtomobil yanıb, yaxınlıqdakı binalar zədələnib. (islaminsesi)

Google+ WhatsApp ok.ru