Baş nazirə pomidor atdılar

Baş nazirə pomidor atdılar

Polis pomidor atan şəxslərin kimliyini təsbit edə bilməyib
 
Almaniyanın Baden-Vürtemberq federal bölgəsində seçkiqabağı mitinqdə çıxış edən kansler Angela Merkelə pomidor atıblar. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.
 
Merkel seçicilər qarşısında öz proqramı haqda geniş məlumat verərkən, naməlum şəxslər xanım namizədə iki ədəd pomidor atıblar. Onlardan biri kanslerin sol qıçına, digəri isə aparıcıya dəyib.
 
Hadisə qarşısında soyuqqanlığını qoruyan Merkel, sadəcə təbəssüm edib. Polis pomidor atan şəxslərin kimliyini təsbit edə bilməyib.
 

 

Google+ WhatsApp ok.ru