Baş vermiş zəlzələ ilə bağlı İranda matəm günü elan olundu 13 Noyabr 2017 02:00 Dünya -- Kirmanşah əyalətində baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub İranda baş vermiş zəlzələ ilə bağlı matəm günü elan olunub. Maide.Az "İRİB"-ə istinadən xəbər verir ki, İranın Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş acı və qəmli hadisə qurbanlarının ailələrinə başsağlığı verib və 14 noyabr tarixini ölkədə matəm günü elan edib. Nazirlər Kabineti zəlzələ baş vermiş bölgədə xilasetmə işləri aparan bütün qüvvələrə təşəkkür edib və yenidən dövlət qurumlarını və nazirlikləri xilasetmə işləri üçün bütün qüvvələrini və güclərini səfərbər etməyi tapşırıq verib. Kirmanşah əyalətində baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin açıqlamalara görə, bu zəlzələ nəticəsində 30 min evə ziyan dəyib. Qeyd edək ki, bu gün həmçinin Kirmanşah əyalətində 3 gün matəm elan olunub. Xatırladaq ki, İraq-İraq sərhədində dünən axşam baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 445-a çatıb. 7156-dan çox adam isə yaralanıb. İraq-İran sərhəddində dünən axşam baş verən zəlzələ ilə bağlı digər məlumatları buradan əldə edə bilərsiz. Teqlər : #Baş vermiş zəlzələ ilə bağlı İranda matəm günü elan olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğanın Rusiyaya səfəri başlayıb FBI: ABŞ-da nifrət zəminində cinayətlərin sayı artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO