BBC Çinin ona məxsus telekanalın yayımına qadağa qoymasına münasibət bildirib 12 Fevral 2021 08:50 Dünya Britaniyanın BBC yayım korporasiyası Çin Xalq Respublikasının öz ərazisində “BBC World News” telekanalının yayımını qadağan etməsindən məyus olub. “Report” xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir. "Biz Çin hakimiyyətinin belə yol seçmək barədə qərar qəbul etməsindən məyus olduq”, - BBC-nin bəyanatında deyilir. Şirkət bildirib ki, dünyada bütün xəbər yaymçıları arasında ən böyük etibardan istifadə edir və bütün hadisələr haqqında dürüst, qərəzsiz, heç nədən qorxmadan və heç kəsə üstünlük vermədən məlumat verir. Qeyd edək ki, Çinin Milli Radio və Televiziya İdarəsi (“National Radio and Television Administration, NRTA”) daha əvvəl bildirib ki, “BBC World News” etibarlılıq və qərəzsizlik prinsipini pozur. Bu səbəbdən tənzimçi növbəti il telekanalın yayım sifarişini qəbul etməyəcək. Teqlər : #BBC,#Çinin,#ona,#məxsus,#telekanalın,#yayımına,#qadağa,#qoymasına,#münasibət,#bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çində BBC-nin yayımı qadağan edilib Somalidə prezident iqamətgahı yaxınlığında partlayış: Ölən və yaralılar var
İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür
Rusiya Təhlükəsizlik Şurasının katibi: ABŞ Rusiya-Çin sərhədi yaxınlığında bioloji silah istehsal edir