BDU-da bir qrup tələbə aksiya keçirib - FOTO

BDU-da bir qrup tələbə aksiya keçirib - FOTO

Bu gün Bakı Dövlət Universitetində bir qrup tələbə aksiya keçirib.
 
Bizimyol.info xəbər verir ki, onlar ali təhsil müəssisəsinin 2 saylı korpusunda “Pulsuz təhsil” şüarlı plakat asıblar.
 
Sosial mediada paylaşılan foto ilə bağlı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi şəxslər universitetdə rüşvətin olmadığını, bəziləri isə müəllimlərdən qiymət almaq üçün pul verildiyini bildiriblər.
 
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti neft-qaz ölkəsində vətəndaşlar üçün ödənişli təhsilin olmasını qınayıblar.
 
Məsələ ilə bağlı Bakı Dövlət Universitetindən açıqlama almaq mümkün olmayıb.
 

Google+ WhatsApp ok.ru