BDU-nun 6 min tələbə və əməkdaşı orduya dəstək aksiyası keçirib

Bakı Dövlət Universitetinin (BDU) tələbələri orduya dəstək aksiyası keçirib.
Bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində həlak olmuş hərbiçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə Bakı Dövlət Universitetində 6 minədək tələbə və əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Google+ WhatsApp ok.ru