BDU-nun yataqxanasında zəhərlənərək ölən tələbənin adı açıqlanıb

BDU-nun yataqxanasında zəhərlənərək ölən tələbənin adı açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.
 
Maide.Az xəbər verir ki, o, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
 
Xatırladaq ki, hadisə bu gün Mətbuat küçəsi 36 ünvanında qeydə alınıb. Həkimlər hadisə yerinə çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
 
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
 
APA-nın məlumatına görə, Zəhərlənən tələbələr – kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamin və kitabxanaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Dürrubə Quliyeva xəstəxanaya yerləşdirilib.
 
Onların vəziyyəti ağır qiymətləndirilir.
 

Google+ WhatsApp ok.ru