BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ- 7

BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ- 7

-- 7. ALLAH VƏ RƏSULUNA İTAƏT ETMƏK

Qurani-Kərimə əsasən, behişt açarlarından və insanı behiştə aparan əməllərdən biri də Allah-Taala və Peyğəmbərinə (s) itaətdir. Bu barədə “Nisa” surəsinin 13-cü ayəsində belə buyurulur:

وَمَن يُطِعِ اللّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ

“…Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu əbədi olaraq (ağacları) altından çaylar axan cənnətlərə daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur!”

Ayədə “cənnat” (sənnətlər) sözünün cəm formasında işlədilməsi behişt bağlarının çoxluğuna işarədir və onların da hər biri ariflər, əməlisalehlər, xeyirxahlar və pak insanların məqamından ibarətdir.

“Təcri min təhtihəl-ənhar” (ağacları altından çaylar axır) – təbiri də behişt bağlarının xürrəm və təravətliliyi, son dərəcədə gözəlliyinə işarədir. Belə ki, çayların kənarında yerləşən bu bağlar daim yaşıllığı və təravətliyi ilə behişt əhlini valeh edir.

“Xalidinə fiha əbədən” (behiştdə əbədi qalacaqlar) təbiri behişt əhlinin behiştdə müvəqqəti qalacaqları ehtimalını aradan qaldırdığı kimi, onun cəm (xalidin) formasında işlənməsindən behişt əhlinin bir-biri ilə ünsiyyətdə olacağı, ictimai nemətdən bəhrələnəcəyi də anlaşılır. Bir halda ki, sözügedən ayənin davamında Allah və Peyğəmbərinə (s) asi olanlardan, onların da cəhənnəmdə əbədi qalacaqlarından söz açılır və bu ayədə işlənən “xalid” (əbədi, həmişəlik) sözü tək halda işlədilir. Bu da onu göstərir ki, cəhənnəm əhli cəhənnəmdə tənhalıqdan da əziyyət çəkəcəklər. Həmin ayədə belə buyurulur:

وَمَن يَعْصِ اللّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُّهِينٌ

“Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.” (“Nisa” surəsi, ayə 14; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.704-75.)

Rza Şükürlü (Maide.az)

Google+ WhatsApp ok.ru