Bəqərə, 67. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allah sizə (naməlum şəxsin qatilinin kimliyinin bilinməsi üçün) dişi bir inək kəsməyinizi əmr edir». Dedilər: «Bizi məsxərə edirsən?!» Dedi: «Nadanlardan olmaqdan Allaha pənah aparıram». (Çünki, məsxərə etmək nadanların işidir).

Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”



BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 4

-- 4. EHSAN VƏ YAXŞILIQ

Tarix : 11-05-2018 08:57

Qurani-Kərimə əsasən, insanı behiştlik edən ən mühüm əməllərdən biri də xeyirxah işlərlə məşğul olmaq, ehsan və yaxşılıq etməkdir. Başqa sözlə, “yaxşı əməl sahibi” adını qazananların mükafatı behiştdir. Misal üçün, “Maidə” surəsinin 85-ci ayəsində Quran ayələrini dinlədikdə haqqı qəbul edən, iman gətirən və göz yaşları axıdan bir qrup xristian aliminin vəziyyətinə işarə etdikdən sonra buyurur:

فَأَثَابَهُمُ اللّهُ بِمَا قَالُواْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء الْمُحْسِنِينَ

Allah bu sözlərin (şəhadət kəlmələrinin) əvəzində onlara altından çaylar axan bağlar (behişt bağları) verdi ki, daim orada qalarlar. Budur yaxşı əməl sahiblərinin mükafatı!

Dini mətnlərdə, məxsusən, Qurani-Kərimdə özünə yer ayıran dəyərli məfhumlardan biri də ehsan və yaxşılıq ifadəsidir və bu əməl İslamın ən gözəl və bəyənilmiş əməllərindən biridir. Bu ifadə, müxtəlif ayələrdə işarə olunduğu kimi, geniş məna kəasb edir və dini ədəbiyyatda Allah-Taalanın razılığına səbəb olan bütün əməllər “ehsan” adlanır. “Hüsn” sözündən götürülmüş “ehsan” sözü “başqalarına yaxşılıq və yardım etmək, gözəl əməllər yerinə yetirmək və işləri gözəl və kamil şəkildə icra etmək mənalarında işlənmişdir. Ümumiyyətlə, Quran ayələrində yaxşı əməl mənasında “ehsan” ifadəsi fərdi, ictimai, mədəni, mənəvi və sair sahələrlə bağlı bir sıra işlərə şamil edilmiş və onları yerinə yetirən kəslər də “muhsin” (yaxşı əməl sahibi) adlandırılaraq təriflənmişlər. Allaha, Peyğəmbərə, Qurani-Kərimə və məada iman gətirmək, təqvalı və səbirli olmaq, haqq deyib haqqı qəbul etmək, əfv etmək, başqalarının xeyrini istəmək, insanlar arasında sülh və barışıq yaratmaq, fitnə-fəsad və günahlardan uzaq olmaq, tövbə edib Allah-Taaladan günahların bağışlanmasını diləmək, zəkat vermək, infaq etmək və Allah yolunda xərc çəkmək, möhtaclara və yoxsullara əl tutmaq, ata-ana, qohum-əqrəba, yetimlər və yolda qalanlarla yaxşı davranmaq və s. işlər “ehsan” və yaxşı əməl nümunələrindəndir. Misal üçün, “Ali-İmran” surəsinin 134-cü ayəsində buyurulur:

وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ. الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ

Rəbbinizin sizi bağışlamasına, göylər və yer qədər geniş olan və təqvalılar üçün hazırlanmış behiştə tələsin. (Təqvalılar) o kəslərdir ki, həm rahatlıq, həm də çətinlik zamanı infaq edər, öz qəzəblərini udar, xalqın xətalarını bağışlayarlar. Allah yaxşı əməl sahiblərini sevir.”

Həmçinin “Bəqərə” surəsinin 83-cü ayəsində belə buyurulur:

وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لاَ تَعْبُدُونَ إِلاَّ اللّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُواْ لِلنَّاسِ حُسْناً وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ...

Xatırlayın, bir vaxt Bəni-İsraildən əhd aldıq ki, yeganə Allahdan başqasına pərəstiş etməyin, ata-ananıza, qohumlarınıza, yetimlərə binəvalara ehsan (yaxşılıq) edin, xalqla xoş dillə danışın, namazı bərpa edin zəkat verin...”

Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə Allaha layiqincə ibadət etmək “ehsan” nümunələrindən sayılmışdır. O həzrətdən: “Ehsan nədir?” – deyə soruşduqda, Həzrət buyurdu:

أن تَعبُدَ اللّه َكَأنَّكَ تَراهُ، فإن لَم تَكُن تَراهُ فَإنَّهُ يَراكَ

“Allaha elə ibadət et ki, sanki Onu görürsən. Əgər sən Onu görməsən də, O, səni görür.” (“Nurus-səqələyn”, 1-ci cild, səh.553, hədis 579, “Nisa” surəsi, 125-ci ayənin təfsirində.)

Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də yaxşılıq əta et, bizi yaxşı əməl sahibləri və xeyirxahlar zümrəsinə daxil et! Amin!

Rza Şükürlü (Maide.az)

 

1-ci yazını BURADAN oxuya bilərsiz. 

2-ci yazını BURADAN oxuya bilərsiz. 

3-cü yazını BURADAN oxuya bilərsiz. 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:41
05:23
12:47
20:26
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

16-07-2018 07:38