Bəqərə, 60. Və (yadınıza salın) o zaman(ı) ki, Musa öz qövmü üçün su istəyəndə (ona) «əsanı o daşa vur» dedik. Beləliklə, ondan (Yəqubun nəslindən olan on iki qəbilə üçün) on iki çeşmə qaynadı. Hər bir dəstə özünün su içmək yerini tanıdı (və dedik): «Allahın ruzilərindən yeyin, için və bu yer üzündə fəsad törədən olaraq hərəkət etməyin».

İmam Əli (ə):«Dostlardan ayrılacağına, torpağın üstündə yatacağına, qarşısında hesab olacağına, özündən sonra yerdə qoyub getdiklərinin onun işinə yaramayacağına və qarşıya göndərdiklərinə möhtac olduğuna yəqin edən kəs arzunu qısa etməyə və əməl dairəsini uzun etməyə daha layiqdir.»



BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ - 5

-- 5. NƏFSİN İSTƏKLƏRİNƏ UYMAMAQ

Tarix : 27-06-2018 18:33

İnsanın behiştə daxil olmasına səbəb olan əməllərdən biri də “Allahdan qorxmaq və nəfsin istəklərinə uymamaq”dır. Bu haqda Qurani-Kərimin “Naziat” surəsinin 40-41-ci ayələrində belə buyurulur:
 

وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى. فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى

Amma kim öz Rəbbinin məqamından qorxmuş və nəfsini həvayi-həvəsdən saxlamışsa, həqiqətən, onun yeri cənnətdir!

Şübhəsiz, “Allahdan qorxmaq”la “nəfsin istəklərindən çəkinmə” arasında yaxın rabitə mövcuddur; biri ağaca, digəri isə meyvəyə bənzəyir. Əgər bir insanın ruhunun dərinliyində Allahdan qorxu hissi kök atıbsa, sözsüz ki, nəfsin istəkləri müqabilində daxili mübarizə də baş qaldıracaqdır. Aydındır ki, yer üzündə yayılan bütün fitnə-fəsadların və günahların qaynağı elə “nəfsin istəklərinə uymaq”, bütün islahatların, gözəlliklər və doğrulurqların qaynağı isə Allah-Taaladır. Elə bu səbəbdən də, “Furqan” surəsinin 43-cü ayəsinin (أَرَأَيْتَ مَنِ اتَّخَذَ إِلَهَهُ هَوَاهُ – (Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü?) – təfsiri ilə bağlı Peyğəmbəri-Əkrəmdən (s) belə bir hədis nəql olunur:

مَا تَحْتَ ظِلِّ السَّمَاءِ إِلَهٌ يُعْبَدُ مِنْ دُونِ اللَّهِ أَعْظَمُ عِنْدَ اللَّهِ مِنْ هَوًى مُتَّبَعٌ

“Allah dərgahında Allahdan başqa ibadət olunan səma altındakı bütlər içində itaət olunan nəfsin istəklərindən böyük bir büt yoxdur.” (“Əd-durrul-mənsur”, 5-ci cild, səh.72.)

Diqqəti cəlb edən odur ki, sözügedən iki xüsusiyyətin (Allahdan qorxmaq və nəfsin istəklərinə uymamaq) müqabil tərəfi “Naziat” surəsinin uyğun ayəsindən öncəki ayələrdə “azğınlıq” və “dünyanı axirətdən üstün tutmaq” kimi iki xüsusiyyət göstərilir ki, bu da insanı cəhənnəmlik edir:

فَأَمَّا مَن طَغَى. وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا. فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَى

Kim (dünyada) azğınlıq (tüğyan) etmişsə və dünyanı (axirətdən) üstün tutmuşsa, şübhəsiz ki, onun məskəni cəhənnəmdir!”

Doğrudan da, bütün bədbəxtliklərin qaynağı “azğınlıq” və “dünyanı axirətdən üstün tutmaq”dırsa, bütün xoşbəxtliklərin də qaynağı “Allahdan qorxmaq” və “nəfs istəkələrinə uymamaq”dır.

Bəzi təfsir alimlərinin qeydlərinə əsasən, “Ali-İmran” surəsinin 14-cü ayəsindəki yeddilik təşkil edilən bəhrə vasitəsi ilə bağlı günahların qaynağı nəfsin istəklərinə uymaqda yekunlaşır. Nəfsin istəklərinə uymağın da qaynağı Allahı tanımamaq və Allahdan qorxmamaqdır. Həmin ayəyə nəzər yetirək:

زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاء وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالأَنْعَامِ وَالْحَرْثِ ذَلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَاللّهُ عِندَهُ حُسْنُ الْمَآبِ

Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.

Sözügedən ayədə (Naziat/40) qeyd olunan “Rəbbin məqamı”nda məqsədin nə olması ilə bağlı təfsir alimləri tərəfindən müxtəlif təfsirlər irəli sürülmüşdür:

– məqsəd qiyamət səhnələri, məxsusən hesab səhnəsidir;

– məqsəd Allahın elmi və Onun Öz bəndələrinə nəzarətidir;

– məqsəd Allahın ədalət məqamıdır.

Lakin bütün bunlar, həqiqətdə əməllər və günahlardan qorxu məqamına qayıdır. Çünki Allah “rəhm edənlərin ən rəhmlisi”, “mehribanların ən mehribanı”dır və Onun zatında insanın qorxusuna səbəb olan bir şey yoxdur. Cinayətkarlar ədalətli hakimi görüb ondan qorxduqları və məhkəmə adından vəhşət etdikləri kimi, günahkarlar da Allahın ədalət, hesab və elm məqamından qorxu hissi keçirirlər.

Həqiqətdə, bu dünyada “şəhvət və nəfsani istəklər” adlı bir cəhənnəm, o dünyada isə bu dünyanın cəhənnəmindən qaynaqlanan yandırıcı cəhənnəm vardır.

Bu bəhsimizi imam Sadiqdən (ə) nəql olunan bir hədislə son yetiririk:

مَنْ عَلِمَ اَنَّ اللَّهَ یَرَاهُ، وَ یَسْمَعُ مَا یَقُولُ، وَ یَعْلَمُ مَا یَعْمَلُهُ مِنْ خَیْر اَوْ شَرّ، فَیَحْجُزُهُ ذَلِکَ عَنِ الْقَبِیحِ مِنَ الاَعْمَالِ، فَذَلِکَ الَّذِی خَافَ مَقَامَ رَبِّهِ، وَ نَهَى النَّفْسَ عَنِ الْهَوَى؛

“Hər kim bilsə ki, Allah onu görür, dediklərini eşidir, yaxşı və pis işlərini bilir, bu diqqət onu pis əməllərdən saxlayar və o, həmin kəsdir ki, öz Rəbbinin məqamından qorxmuş və nəfsini həvayi-həvəsdən saxlamışdır.” (“Üsuli-kafi”, 2-ci cild, səh.70, “Xof və rəca” bölümü, hədis 10; “Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.65-66.)

Rza Şükürlü (Maide.az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:21
05:51
12:45
19:54
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-08-2018 23:29