Bəqərə, 52. Həmin vaxt, o işdən sonra sizi əfv etdik ki, bəlkə şükür edəsiniz.

Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt nemətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.»



BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ- 6

-- 6. İMANDA ÖNDƏ OLANLAR

Tarix : 29-06-2018 15:25

Tarixən Allah tərəfindən yeni göndərilən hər hansı bir hökm, məxsusən, müxtəlif xurafatlar və fəsadlar, yanlış dəyərlərlə dolu bir mühitdə zühur etmiş İslam hökmləri bir qrup insanın müxalifəti ilə qarşılaşmışdır. Aydındır ki, həmin hökmləri gətirən peyğəmbərə belə azğın mühitdə hamıdan öncə iman gətirən şəxs qorxmaz və şücaətli olmalıdır. Çünki imanda öndə olanlar daim təəssübkeş və inadkar nadanların hücumuna məruz qalır, azlıqda olduqları üçün həyatı, can və malları da təhlükədə olurdu. Bunlara rəğmən, iman öncülləri başqalarına “örnək” və dünyada haqq dinin yayılması və tərəqqisinə səbəb olurdular. Elə bu səbəblərə görə, imanda öndə olanlara böyük imtiyazlar verilirdi. Qurani-Kərimin “Vaqiə” surəsinin 10-12-ci ayələrində həmin zümrəyə qətiliklə behişt vəd edilir və buyurulur:

وَالسَّابِقُونَ السَّابِقُونَ. أُوْلَئِكَ الْمُقَرَّبُونَ. فِي جَنَّاتِ النَّعِيمِ

Və öndə olanlar, öndə olanlar! Onlar (Allahın dərgahına) yaxın olanlardır. (Onlar) nemət dolu cənnətlərdə olacaqlar...”

(Bu məna “Hədid” surəsinin 21-ci və “Ali-İmran” surəsinin 133-cü ayələrində də gəlmişdir.)

Ayədə qeyd olunan “öndə olanlar” təbirinin “Allaha iman gətirməkdə, İslamı qəbul etməkdə öndə olanlar” mənasında olduğu əksər rəvayətlərdə bildirilsə də, bəzi təfsir alimləri onu geniş mənada – Allaha itaətdə, gündəlik beş namazı qılmaqda, cihad və yaxud hicrətdə, eləcə də tövbə etməkdə öndə olanlara təfsir etmişlər. Əlbəttə, bu mənalar da məqsədə tam uyğundur. Çünki bu xeyir əməllərin öncülləri də başqalarına örnək və nümunədir, nemət dolu cənnətlərdə məskunlaşmağa layiqdirlər.

Lakin İslam rəvayətlərində “öndə olanlar” təbirinin Əmirəlmöminin Əliyə (ə) aid edildiyi bildirilir. Bütün İslam ümmətinin yekdil fikrinə görə, kişilər içərisində Peyğəmbərə (s) iman gətirən ilk şəxs imam Əlidir (ə). (Qadınlar içərisində isə Xədicədir.) O həzrət, Peyğəmbərə (s) iman gətirən, ona beyət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir və bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Misal üçün, Əbu Səid Xudri deyir: Peyğəmbəri-Əkrəm (s) əlini həzrət Əlinin (ə) kürəyinə vurub buyurdu:

يا عَلِىّ لَكَ سَبْعَ خِصالٍ لا يُحاجُّوكَ فِهِينَّ اَحَدٌ يَوْمَ الْقِيامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِينَ اِيماناً بِاللهِ...

“Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...” (“Hilyətul-ovliya”, Əbu Nəim İsfahani, 1-ci cild, səh.66.)

Başqa bir hədisdə Cəmaləddin Əbülhəccac “Təhzibul-kəmal” kitabında Peyğəmbəri-Əkrəmin (s) səhabəsi Əbu Rafedən belə nəql edir:

اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الرِّجالِ عَلِىٌّ

“Kişilərdən İslamı qəbul edən birinci şəxs Əli (ə) idi!” (“Təhzibul-kəmal”, 3-cü cild, səh.85.)

Bəzi rəvayətlərdə də “öndə olanlar” təbiri dörd nəfərə – həzrət Adəmin (ə) oğlu Habilə, ali-Fironun mömini Hizbilə (Hizqil), Həbib Nəccara və imam Əliyə (ə) aid edilmişdir. Çünki onların hər hansı biri öz zəmanəsində iman, cihad və xeyir işlərdə öndə olanların ən bariz nümunəsi idi.

Diqqəti cəlb edən məsələ odur ki, sözügedən ayələrdə Allah-Taalanın öndə olanlara bəxş etdiyi ilk nemət Allaha yaxın olmaqdır və bu nemət bütün nemətlərdən, hətta nemət dolu cənnətlərdən, behişt bağlarından da üstün və dəyərlidir.

Ayədə verilən “cənnat” (behişt bağları) təbirində nemət sözünün cəmi olan “nəim” (nemətlər) sözü qeyd olunmadan məqsəd və mənanı tam ifadə etsə də, bu iki sözün (cənnatin-nəim) yanaşı gətirilməsi təkid xarakterlidir və behişt nemətlərinin daha da əhəmiyyətli olduğunu göstərir. “Nemət dolu cənnətlər” təbiri digər bir mətləbə də işarə olar bilər: “Behişt bağları yalnız nemətlər ocağıdır.” Buna əks olaraq, dünya bağları isə daim nəzarətə, bağbanlığa ehtiyaclıdır, onun qorunub-saxlanılması çoxlu zəhmət tələb edir, bəla və təhlükədən əsla amanda deyil! (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.69-70.)

Rza Şükürlü (Maide.az)

 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:21
05:51
12:45
19:54
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

15-08-2018 23:28