BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ

-- 2. İMAN VƏ SALEH ƏMƏL

Qurani-Kərimə əsasən, insanı behiştlik edən ilkin şərt və ən mühüm əməl, başqa sözlə, nicat və qurtuluş sərmayəsi, səadət mayası və behişt qapılarının açarı iman və saleh əməllərdir. Qurani-Kərimdə bu haqda belə buyurulur:

وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُون

“İman gətirib saleh əməllər görənlər behişt əhlidirlər orada əbədi qalacaqlar.” (“Bəqərə” surəsi, ayə 82.)

Bu və buna bənzər təbirlər Qurani-Kərimin bir çox ayələrində də işlənmişdir və onun təkrar edilməsi mövzunun əhəməyyətini, Qurani-Kərimin ona xüsusi yer ayırmasını aşılayır. (Buna “Ali-İmran” surəsinin 136-cı, “Nisa” surəsinin 144-cü, “Əraf” surəsinin 42-ci, “Həcc” surəsinin 14, 23 və 56-cı, “Ənkəbut” surəsinin 58-ci, “Zumər” surəsinin 74-cü, “Əhqaf” surəsinin 14-cü, “Muhəmməd” surəsinin 12-ci ayələrini misal göstərmək olar.)

Məlum olduğu kimi, “iman”la “saleh əməl”in əlaqəsi “ağac”la “meyvə”nin əlaqəsi kimidir. Bar verən sağlam və saf bir ağacın meyvə verməsi mümkünsüz olduğu kimi, iman da əməldən ayrı deyil. İmam Sadiqdən (ə) imanın həqiqət və mahiyyətindən soruşulduqda, Həzrət buyurdu:

لإیمانُ أنْ یُطاعَ اللهُ فَلا یُعْصی

“İman odur ki, Allaha itaət edəsən və günaha yol verməyəsən.” (“Üsuli-kafi”, 2-ci cild, səh.33, hədis 3.)

Daha dəqiq desək, saleh əməl qəlbi imanın təcəssümüdür.

Əlbəttə, bunun mənası o deyil ki, bütün günahkarlar kafirdirlər, əksinə, məqsəd odur ki, güclü iman əsla saleh əməldən ayrı deyil, necə ki, zəif iman öz ardınca günahlar gətirir.

Diqqəti cəlb edən əsas məsələ budur ku, adətən, Quran ayələrində iman saleh əməldən öncə qeyd edilir. Nəzərə belə çarpır ki, vaciblərin yerinə yetirilməsi və haram işlərin tərki, başqa sözlə, saleh əməl imandan daha çətin olduğundan, saleh əməl imandan öncə qeyd edilməlidir. İmanın saleh əməldən öndə qərar tutmasının səbəbi isə Qurani-Kərimin bu bəyanla imanın saleh əmələ nisbətdə təməl rolunu ifa etdiyinə işarə etməsidir. Demək əməllərin qəbul şərti imandır.

Bir sözlə, behiştin ölçüsü xəyal və arzu yox, iman və saleh əməllərdir. Özü də bir saleh əməl kifayət etmir, salehlik xarakterinə malik olmaq və bütün saleh işlərə maraq göstərmək lazımdır. (“Didari-yar”, Ayətullah Məkarim Şirazi, səh.60-61.)

Rza Şükürlü (Maide.az)

 

1-ci yazının BURADAN oxuya bilərsiz. 

Google+ WhatsApp ok.ru