BEHİŞT ARZUSU İLƏ YAŞAYAN ŞƏXS DÖRD XÜSUSİYYƏTƏ SAHİB OLMALIDIR:

BEHİŞT ARZUSU İLƏ YAŞAYAN ŞƏXS DÖRD XÜSUSİYYƏTƏ SAHİB OLMALIDIR:

İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə belə deyilir:

الجَنّةُ لَها ثَمانِيَةُ أبوابٍ فَمَن أرادَ الدُّخولَ في هذِهِ الأبوابِ الثَّمانِيَةِ فَلْيَتَمسَّكْ بأرْبَعِ خِصالٍ و هِيَ:

“Behiştin səkkiz qapısı var və onlardan içəri girmək istəyənin dörd xisləti olmalıdır:

 

1. أَلصَّدَقَةُ“Yoxsullara yardım.” Təəssüflər olsun ki, hazırda hər bir ölkə və cəmiyyətdə yoxsulların sayı az deyil və onlara imkan daxilində kömək etmək lazımdır. İmam Həsən (ə), demək olar, ömrünü yoxsul və möhtaclara yardımla keçirib. Belə ki, Kufəyə daxil olan hər bir qərib və yoxsul əvvəl Peyğəmbəri-Əkrəmin (s) böyük nəvəsi imam Həsənin (ə) evinə üz tuturmuş.

 

2. وَ السَّخاءُ“Səxavət və əliaçıqlıq.” Behişt paxılların yeri deyil. Bəxşiş etdiyi zaman heç nəyi ummayan kəsə etdiyi köməyindən qəlbən razı olana səxavətli adam deyilir.

 

3. وَ حُسْنُ الْخُلْقِ“Mülayim rəftar və xoşəxlaqlıq.” Behişt əhlinə qoşulmaq istəyənlər mütləq bu gözəl libasa bürünməlidirlər.

 

4. وَ كَفُّ الْأَذى عَن عِبادِاللهِ“Allah bəndələrinin dinc həyatını pozmamaq.” İlahi rəhmət ocağına qədəm qoymaq istəyən şəxs insanları incitməməli, həmişə onlara mehr-məhəbbət göstərməli, qəlbini ülfət və mehribanlıqla doldurmalıdır.

Bunlar göstərir ki, behişt yalnız ibadət, oruc, namazın sayəsində deyil. Bu əməllər böyük əhəmiyyət daşısalar da, ictimai məsələlərə riayət etmək, ibadətlərin ən üstünü sayılan Allahın məxluqatına xidmət göstərməyin rolu böyükdür.

Maide.az

 

Google+ WhatsApp ok.ru