Beşinci kolon ifadəsi haradan gəlir?

Azərbaycan rəsmiləri QHT, sektoruna, media quruluşlarına və müxalif düşərgəyə aid bəzi qüvvələri “beşinci kolon” adlandırırlar.

Beşinci kolon termini ilk dəfə İspaniyada işlədilib. İspan dilində söz birləşməsi belədir: quinta columna.

Faşist kəşfiyyat orqanlarında müxtəlif ölkələrdə diversiya fəaliyyəti həyata keçirən, cəmiyyətdə həyəcan yaradan və sabotajla məşğul olan qruplar Almaniya qoşunlarının ölkələri işğal etməsində vacib rol oynayırdı. Onları adətən beşinci kolon adlandırırdılar. Lakin beşinci kolon termini ilk dəfə 1936-cı ildə, İspaniyadakı vətəndaş müharibəsi zamanı işlədilib. O zaman frankoçu general Emil Mola çıxışlarının birində deyib ki, üsyançılar Madrid üzərinə 4 kolonla gəlir, beşinci isə artıq Madriddə yerləşib, həlledici zərbəni vurmaq üçün əmr gözləyir. General beşinci kolon dedikdə ölkə daxilində ictimai hərəkatı hakimiyyət əleyhinə yönəldən agentura şəbəkəsini nəzərdə tutub.

1939-1945-ci illərdəki İkinci Dünya müharibəsində beşinci kolon termini faşistlərə müxtəlif ölkələri asan işğal etməsinə zəmin yaradan kəşfiyyat qruplarını ifadə etmək üçün işlədilib. Amma 1930-cu illərdə SSRİ-də güllələnmiş və məhkum edilmişləri nişan vermək üçün də beşinci kolon anlayışından istifadə olunub...

Mənbə: “Səs” qəzeti /


 

Google+ WhatsApp ok.ru