Belə getsə Bakı küçələrində də bu vasitədən istifadə ediləcək

Paytaxt Bakı yollarının yağış yağdıqdan sonra gölməçələri və axar çayları xatırlatması artıq adi hala çevrilib.
 
Kanalizasiya sisteminin bərbad vəziyyətdə olması nəticəsində küçələrə yığılan sular insanların və avtomobillərin hərəkətinə ciddi problemlər yaradır.
 
Artıq sözügedən problem bu günə qədər kifayət qədər video, foto və reportajlar vasitəsilə tənqid edilsə də aidiyyəti qurumlar və rəsmi şəxslər heç bir tədbir görmürlər.
 
“İslaminSesi”nin sizə təqdim edəcəyi videoda Rusiyanın Çelyabinsk şəhərində məhz Bakı sakinlərinin çəkdiyi problemi yaşayan gəncin kreativ etiraz aksiyasından bəhs edir. Belə ki, rusiyalı gənc yaşadığı məntəqənin problemlərinə diqqət çəkmək üçün adətən dəniz, çay və göllərdə əylənmək üçün istifadə edilən lövhəciklər vasitəsilə yağış sularına qərq olmuş küçələrdə hərəkət edib. Gənc aktivistin lentə aldığı bu görüntülər qısa zaman ərzində böyük izləyici kütləsinə səbəb olub. Görünən budur ki, Bakı küçələrində də problemlər belə davam edərsə bəzi gənclər rusiyalı aktivisitin etdiklərini həyata keçirməli olacaqlar.
 
Sözügedən görüntüləri sizlərə təqdim edirik.  /
 

Google+ WhatsApp ok.ru