`Belə olarsa Bəhreyndə qan su yerinə axacaq...` - VİDEO

`Belə olarsa Bəhreyndə qan su yerinə axacaq...` - VİDEO

"Siz qorxaq bir rejimlə qarşı-qarşıyasınız".
 
Bu cümlələr xalqdan Şeyx Qasimin evinə tərəf hərəkət etməyi istəyən ruhanilərin bəyanatında qeyd olunub.
 
Bəyanat əvvəlki bəyanatlardan fərqlənir...
 
 
Bəyanatda ruhanilər bildirib: “Şeyx İsa Qasimi müdafiə etmək şəri olaraq vacibdir. Aydındır ki, sabitqədəm xalqımız həmişə, hətta ən çətin vəziyyətlərdə belə Allaha təvəkkül edərək, vəziyyəti idarə etməyə və imanın tələbi olan yönə tərəf getmişdir. Ey əziz millətimiz! Siz bu gün mübarizə tarixinin ən çətin mərhələsində yer almısınız. Elə bir mərhələdir ki, zalımlar sizin varlığınızı mühakimə etmək üçün bütün sahib olduqlarını bir yerə yığıb. Onlar sizin din, məzhəb və mərcəiyyətinizi hədəfə alıb. Şübhə yoxdur ki, Allah sizinlədir, sizin dəstəkçinizdir və sizə aramlıq bəxş edir. Bu səbəbdən siz qalib olmağa qadirsiniz. Siz qorxaq bir rejimlə qarşı-qarşıyasınız. Bu rejim sizin Kərbəladan yadigar qalan iradəniz qarşısında lərzəyə gəlib və ümidini itirib. Onlar sizin rəhbərinizə və nicat gəminizə olan sədaqətinizi ölçmək niyyətindədir. Onlar da yaxşı bilir ki, siz bu imtahanda uduzmamısınız, uduzmazsınız. Sizin hamınızdan istəyimiz budur ki, ali cənab rəhbərinizin ətrafında toplaşıb, vücudundan bəhrə aparasınız. Onun paklığından istifadə edəsiniz, dualarınızla çətinliklərin aradan qalxmasına yardımçı olasınız. Allahdan Onu müdafiə etməkdə sizə yardımçı olmasını diləyin”.
 
Həbslər...
 
"Bahrain online" isə xəbər verir ki, Ali Xəlifə rejimi ölkənin müxtəlif bölgələrinə hücum edərək, vətəndaşları polis bölməsinə aparıb.
 
13 mart səhər çağlarında vətəndaşların evlərinə hücum edən Ali-Xəlifə qüvvələri 15 nəfəri saxlayıblar. Sətrə adasında Əli Mömin adlı şəhidin 4 qardaşı və əmisi oğlu saxlanılıb. 
 
حضور گسترده شیعیان بحرین در تظاهرات مسالمت‌آمیز
 
O həbs olunarsa ölkədə qan su yerinə axacaq!
 
Bəhreynin nüfuzlu ruhanisi Şeyx İsa Qasimin İranda olan nümayəndəsi bir sıra açıqlamaları ilə gündəmə gəlib.
 
 
“Tasnimnews”-da yayımlanan açıqlamada  İran İslam İnqilabının liderinin İmam Xomeyni (r), daha sonra isə Ayətullah Xamenei olduğunu xatırladan Şeyx Abdullah Dəqqaa bildirib: “Bəhreyndə də şiələrin rəhbərliyi Şeyx İsa Qasimin öhdəsindədir. O da İran İslam İnqilabı rəhbərləri kimi şəhidlərin qanlarının dəyərsiz olmasına icazə verməyəcək. Biz də son damla qanımıza qədər dayanacaq və Şeyx İsa Qasimi müdafiə edəcəyik. Bəhreyn rejimi Ayətullah İsa Qasimin rəhbərliyi altında olan qiyamlardan təhlükə hiss etdi. Elə bu səbəbdən Onun əleyhinə bir sıra addımlar atdı. Bir neçə gün sonra Şeyx Qasimin məhkəmələri başlamalıdır. Bəhreyn cavanları Şeyx Qasimi tək qoymayacaq və o həbs olunarsa, ölkədə qan su yerinə axacaq!”
 
Nüfuzlu təqlid mərcələrinin Şeyx İsa Qasimi dəstəklədiyini və onu müdafiə etdiyini deyən Şeyx Dəqqa bildirib: “Ayətullah uzma Seyid Sistani də öz növbəsində Şeyx Qasimi və Bəhreyn xalqını bəzi təhlükələrdən qorumaq üçün səylərini əsirgəmir. Şeyx Qasim Bəhreyndə şiəlik simvoludur. Bu səbəbdən bütün təqlid mərcələri onu müdafiə edir. Şeyx Qasim böyük fəqih və tanınmış mütəfəkkirdir. Bu səbəbdən Onu yalnız Bəhreynə aid etmək düzgün deyil”. (islamazeri) /
 
حضور گسترده شیعیان بحرین در تظاهرات مسالمت‌آمیز
 
حضور گسترده شیعیان بحرین در تظاهرات مسالمت‌آمیز
 
حضور گسترده شیعیان بحرین در تظاهرات مسالمت‌آمیز
 
حضور گسترده شیعیان بحرین در تظاهرات مسالمت‌آمیز
 

Google+ WhatsApp ok.ru