Belarusda etirazçılar polislə əlbəyaxa olub

Belarusda etirazçılar polislə əlbəyaxa olub

Belarusda minlərlə etirazçı küçələrə çıxaraq polislə üz-üzə gəlib.
 
Səbəb Prezident Alyaksandr Lukashenka-nın əsas rəqibinin gələn ay keçiriləcək seçkiyə buraxılmamasıdır. Bu arada ölkə liderinin koronavirus pandemiyasını idarə etməsi getdikcə ictimai narazılığı artırmaqdadır.
 
Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 14-də bildirməsinə görə, 9 avqust seçkisinə beş namizəd rəsmən qeydə alınıb. Onlardan biri ölkəni 1994-cü ildən idarə edən 65 yaşlı Lukashenka-dır.
 
Komissiya sədri deyib ki, keçmiş bank meneceri, hazırda həbsdə olan Viktar Babaryka namizədlər siyahısında yoxdur. Babaryka özü və seçki qərargahı ittihamları siyasi motivli sayır. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru