Belarusiyada hicabla şəkil çəkdirməyi qadağan etdilər

Belarusiyada yaşayan müsəlman qadınlara hicabla şəkil çəkilmiş hər hansı vəsiqə saxlamaq qadağandır.
 
Maide.az xəbər verir ki, Minks şəhər Dinlərarası Məsləhət Şurası növbəti görüşlər zamanı müəyyən razılıqlara gəliblər. Qərar verilib ki, rəsmi şəkilləri hicabla çəkdirmək olmaz. Hicab və ya papaqda çəkilmiş şəkil şəxsiyyət vəsiqəsi üçün qəbul olunmayacaq.
 
Görüşdə iştirak edən Belarusiya müftisi Əli Voronoviç bildirib ki, müsəlman qadınlar hicaba riayət etməlidirlər. O, qeyd edib ki, verilmiş qərarın başqa çıxış və həll yolu yoxdur, müsəlmanlar və hökümət arasında inamsızlıq, problemlər yaradacaq. 
 
Amma onun bu fikiri şuranın digər üzvləri tərəfindən dəstəklənməyib.//

Google+ WhatsApp ok.ru