Belarus Rusiyanı məhkəməyə verib

Belarus Rusiyanı məhkəməyə verib

Belarus hökuməti Rusiyanı məhkəməyə verib.
 
APA-nın RBC-ya istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.
 
“Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik”, - deyə o qeyd edib.
 
Lukaşenko mövcud durumun anormal adlandırıb: “Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq”. /

Google+ WhatsApp ok.ru