Belçikada halal ət kəsimi qadağan edilir

Belçikada halal ət kəsimi qadağan edilir

Belçikada halal ət kəsimi qadağan edilir.
 
Maide.Az "Tribune" istinadən xəbər verir ki, qoyun və mal ətinin islami qaydalara əsasən kəsiminin qadağan olunma məsələsi artıq ölkə parlamentində müzakirə olunur. Bu qanunu Belçikanın Valloniya bölgə parlamenti gündəmə gətirib. 
 
Parlament üzvləri bu qərarı heyvanlara qarşı şiddətin aradan qaldırılması məqsədilə verdiklərini bildirib. Qərarın 2019-cu ilin sentyabrında qəbul olunması gözlənilir.
 
Qərar yalnız ölkədə yaşayan müsəlmanlara deyil, eyni zamanda yəhudilərə də aid ediləcək.
 
Avropa Yəhudilər Konqresi bu qərarı kəskin tənqid edib. Avropa Birliyinin mərkəzində belə bir qərarın verilməsi çox təhlükəli bir mesajdır. 
 
Qeyd edək ki, bundan öncə Yeni Zelandiya, İsveçrə və Danimarkada halal kəsimi qadağan edən oxşar qanunlar qəbul olunub. 

Google+ WhatsApp ok.ru