Belçika parlamenti işğalçı İsrailin Fələstin ərazilərinin ilhaqı planına qarşı çıxdı

Belçika parlamenti işğalçı İsrailin Fələstin ərazilərinin ilhaqı planına qarşı çıxdı

Belçika parlamenti işğalçı İsrailin Fələstin ərazilərinin ilhaqı planına qarşı qanun layihəsi ilə bağlı qərarını açıqlayıb.
 
Maide.az xəbər verir ki, Yaşıllar Partiyası tərəfindən parlamentə təqdim edilən qanun layihəsi 101 səslə qəbul edilib.
 
Qanun layihəsində Belçika hökumətinin İsrailin təktərəfli olaraq Qərbi Şəriyənin bəzi bölgələrini və ya Fələstin torpaqlarını ilhaq planına qarşı hərəkət etməli olduğu vurğulanır:
 
“Əgər İsrail ilhaq planını həyata keçirərsə, Belçika hökuməti ona qarşı Avropa ərazisində cinayət tədbirlərinin qaldırılması üçün səy göstərməlidir”.
 
Digər tərəfdən, bu gün parlamentdə Fələstinin dövlət olaraq tanınması üçün başqa bir qanun layihəsinin də təqdim olunması da gözlənilirdi. Ancaq məsələ ilə bağlı müzakirələr gələn həftənin çərşənbə gününə təxirə salınıb.
 

Google+ WhatsApp ok.ru