Belçika Səudiyyə ilə danışıqları rədd etdi

Belçika Səudiyyə ilə danışıqları rədd etdi

Belçikanın Flamand bölgəsi hökuməti martda Səudiyyə Ərəbistanı ilə nəzərdə tutulan ticarət danışıqlarını ləğv edib.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, buna hökumətə edilən təzyiqlər səbəb olub.
 
Buna baxmayaraq, Texnologiya Sektoru Federasiyası (Agoria) S.Ərəbistanı ilə ticarət əməkdaşlığı etməkdə israrlı olduğunu açıqlayıb. Qurumun rəhbəri Peter Demunik “ağıllı” şəhərlər və futbol stadionları kimi böyük layihələrə investisiya qoymaq niyyətində olduqlarını bildirib.
 
Yaşıllar Partiyası isə Səudiyyənin “quldur” bir dövlət olduğunu və alınan qərarın doğru olduğunu bildirib.
 
Qeyd edək ki, ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsindən sonra bir neçə ölkə S.Ərəbistanına sanksiya tətbiq edib.
 

Google+ WhatsApp ok.ru