Belçikada müsəlmanların sayı 51 faizi keçib

Belçikada müsəlmanların sayı 51 faizi keçib

İngiltərənin "The Economist" jurnalında nəşr edilmiş elmi məqalədə yazılır ki, çox yaxın gələcəkdə Belçika cəmiyyətinin əksəriyyətini müsəlmanlar təşkil edəcək.
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, Katoliklərlə müsəlmanlar arasında dərin ictimai və sosial boşluqdan və həmçinin mərakeşlilər ilə türklər arasındakı artım rəqabətindən bəhs edən məqalədə vurğulanır ki, son statistikaya əsasən, cari əsrin ikinci yarısında Belçikanın cəmiyyəti müsəlmanlaşacaq.
 
Keçən 7 il ərzində Belçikanın paytaxtı Brükseldə dövlətin dini məktəblərində təhsil alan katolik şagirdlərin sayı 23 fazidən 16 faziə enmişdir. Halbuki müsəlman şagirdlərin sayı həmin illər ərzində 43 fazidən 51 faizə yüksəlmişdir.
 
Son illərin hesabatları göstərir ki, Brükseldə katoliklərin sayı azalan xətt üzrə davam edir. Belə ki, hazırda Brükseldəki kilsələrin sayı ehtiyacdan çoxdur və bunun nəticəsində 20 kilsənin fəaliyyəti dondurulmuşdur.
 
Qeyd edək ki, "The Economist" jurnalı İngiltərənin paytaxtı Londonda həftədə bir dəfə çap və nəşr edilir. Jurnal beynəlxalq sosial xəbərləri ehtiva edir.

 

Google+ WhatsApp ok.ru