`Beşmərtəbə` ilə Nizami küçəsi arasındakı bütün tikililər söküləcək

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlama verib.
 
Xezerxeber.com-un məlumatına görə, Abutalıbov binaların üzlənmə prosesinin yekunlaşacağı vaxtı barədə danışıb və mərkəzi hissədə söküləcək yerlərin adlarını da açıqlayıb.
 
O, Binəqədi rayonunda yanan 16 mərtəbəli yaşayış binasının 4 ay sonra təhvil verəcəyini bildirib.
 
Mer zərərli maddələrlə çirklənmiş Zığ gölünün qurudulacağını, təmizlənməsi mümkün olan digər göllərdə isə istirahət mərkəzləri salınacağını da anons edib.
 
Hacıbala Abutalıbov bildirib ki, "Sovetski", "Papanin" və "Xutor" kimi tanınan ərazilərdə də söküntü işləri davam etdiriləcək. “Beşmərtəbə” dairəsindən Nizami küçəsinə kimi olan ərazidəki bütün tikililərin sökülməsi nəzərdə tutulur. Söküntü aparılan əksər yerlərdə isə yaşıllıqlar salınacaq./

Google+ WhatsApp ok.ru