`Beşmərtəbə` dairəsinə avtomobillərin girişi məhdudlaşdırıldı - SƏBƏB?

`Beşmərtəbə` dairəsinə avtomobillərin girişi məhdudlaşdırıldı - SƏBƏB?

Bakının "Beşmərtəbə" ərazisindəki dairəyə avtomobillərin girişi məhdudlaşdırılıb.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
 
Onun sözlərinə görə, dairədə hərəkətin dəyişdirilməsinə səbəb “Sovetski” ərazisində çəkilən yeni kanalizasiya xətlərinin birləşdirilərək əsas kollektora yönəldilməsi ilə bağlıdır:
 
"Bu məqsədlə Füzuli küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsində qazıntı işlərinə başlanılıb. Həftə ərzində işlər bitəcək. Dairədə hərəkətdə də müəyyən dəyişklik var. Sürücülər həmin ərazidə diqqətli olsunlar".

Google+ WhatsApp ok.ru