Benyamin Netanyahudan `Əqsa` məscidinin önündəki axtarış detektorlarını yığışdırdıqdan sonra yeni qərar

Benyamin Netanyahudan `Əqsa` məscidinin önündəki axtarış detektorlarını yığışdırdıqdan sonra yeni qərar

Sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu "əl-Əqsa" məscidinin önündəki axtarış detektorlarını yığışdırdıqdan sonra indi də yeni qərar qəbul edib. 
 
Maide.Az xəbər verir ki, B.Netanyahu fələstinlilərə qarşı düşmənçiliyinin davamında "əl-Əqsa" məscidinə gələn fələstinlilərinin təhlükəsizlik qüvvələri tərəfindən bədən yoxlanışından keçmələrinə göstəriş verib. 
 
Qeyd edək ki, "Əqsa" məscidinin içində 3 fələstinlinin şəhid edilməsindən sonra orada ibadət qadağan edilmişdi. Daha sonra məscidin iki qapısı açılsa da, ora axtarış detektorları quraşdırılmışdı ki, bu da fələstində və dünyanın bir çox ölkələrində müsəlmanların etirazlara səbəb olmuşdu. Fələstinlilər öz etirazlarını bu qapıların önündə namazlarını qılaraq bildirirdi. (iqna) /

Google+ WhatsApp ok.ru