Benzin yenə bahalaşdı

Benzin yenə bahalaşdı

Azərbaycana idxal olunan benzinin qiymətində artım baş verib.
 
APA-nın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqlərində "AI-95 Premium" və “Aİ-98 Super” markalı benzinin yeni qiymətləri tablolara vurulub.
 
Belə ki, "AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,15 AZN, və “Super Aİ-98” markalı benzinin yeni qiyməti isə 1,20 AZN müəyyənləşib.
 
Qeyd edək ki, bu markalı benzinlər ölkəyə idxal olunur və qiyməti sərbəst tənzimlənir.
 
Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan “AI-92” markalı benzin və “L-62” markalı dizel yanacağının qiyməti isə Tarif Şurası tərəfindən tənzimlənir . Bu məhsulların qiymətində heç bir dəyişiklik baş verməyib.
 
Xatırladaq ki, ölkəyə idxal olunan benzinin qiyməti bundan əvvəl bu ilin yanvarın 13-də artmışdır. Həmin vaxt “Aİ-95 Premium” markalı benzin 1,05 AZN, “Aİ-98 Super” markalı benzin isə 1,10 AZN idi.
 
 

Google+ WhatsApp ok.ru