Berlində İŞİD dəstəkçilərinə qarşı əməliyyat keçirilib

Almaniya paytaxtı Berlində İŞİD terrorçu qruplaşmasına dəstək verən şəxslərə qarşı polis əməliyyatı keçirilib.
Maide.az xəbər verir ki, polis şübhəli şəxslərin evlərinə və vəhhabilərin tolaşdığı məscidə basqın edib.
Məlumata görə, əməliyyatla bağlı 6 aydır hazırlıqlar aparılıb. 400 polisin iştirakı ilə həyata keçirilən əməliyyatda 7 evdə və İbrahim əl-Xəlil məscidində axtarışlar aparılıb.
Əməliyyat zamanı bir sıra sənədlər və kompüterlər ələ keçilib və polis tərəfindən götürülüb.
Berlinin daxili işlər senatoru Frank Henkel məscidlərdə nifrət və şiddət yayan heç kimsəyə qarşı xoş rəftar göstərilməyəcəyini bildirib./

Google+ WhatsApp ok.ru