Berlində 14 yaşlı qız hicablı olduğu üçün tramvaydan endirildi

Berlində 14 yaşlı qız hicablı olduğu üçün tramvaydan endirildi

Almaniyanın paytaxtı Berlində 14 yaşlı bir qızın hicablı olduğu üçün sürücü tərəfindən tramvaydan endirilməsiylə bağlı şikayəti əsasında araşdırma başladılıb.
 
Maide.Az bildirir ki, Berlin polisindən Treptov-Köpenik rayonunun Fridrixşagen bölgəsində irqçiliklə bağlı bir hadisənin baş vermiş ola biləcəyi qeyd olunub.
 
Açıqlamaya görə, 14 yaşlı qız Bölsştrasse adlı dayanacaqda tramvaya mindikdən sonra sürücünün səsucaldanla hicablıları daşımadığını anons edərək özünün tramvaydan düşməsini istədiyini bildirib.
 
Tramvayda olan hər hansı bir sərnişindən dəstək almadığını bildirən qız narahat bir şəkildə tramvaydan endiyini dilə gətirib.
 
Qızın sözügedən hadisəni orada olan bir nəfərə danışdığı və polisin xəbərdar edildiyi hadisəylə əlaqədar istintaq açıldığı bildirilib. Berlinin kütləvi daşıma şirkəti BVG rəsmisi Petra Reetz isə ittihamın araşdırıldığını, bunun üçün görüntülərin qiymətləndiriləcəyini vurğulayıb.
 
Bölsştrasse adlı dayanacaqdan çox sayda tramvayın keçdiyinə işarə edən Reetz qızın təəssüf ki, hansı tramvay xəttində hadisənin baş verdiyini bilmədiyini, buna görə müxtəlif nəqliyyat vasitələrindəki görüntü qeydlərinə baxılacağını diqqətə çatdırıb. (eastnews)

Google+ WhatsApp ok.ru