Berlin terrorunu törədən şəxs bilindi - VİDEO

Berlin terrorunu törədən şəxs bilindi - VİDEO

Almaniyanı sarsıdan terror hadisəsini törədənin kimliyi məlum olub. Alman polisi hazırda Anis Amir adlı şübhəlini axtarır. 
 
Şübhəlinin şəxsiyyət vəsiqəsi qarət edilmiş yük maşınından tapılıb. 
 
Məlumata görə, sözügedən şəxs Tunisin Tataouine şəhərində doğulub və Almaniyaya ötən il qaçqın kimi gəlib. Polis yük maşınında aşkarlanan qan izlərinin ona aid olduğunu güman edir. 
 
Xatırladaq ki, Berlində dekabrın 19-u gecə saatlarında naməlum şəxsin yük maşınını Milad yarmarkasına gələn insanların üzərinə sürməsi nəticəsində 12 nəfər ölüb, 50 nəfər yaralanıb. (azvision) / 

Google+ WhatsApp ok.ru