Beş super ulduz kəşf edildi

Astronomlar uzaq qalaktikalarda beş super ulduz tapıb.
 
Maide.az xəbər verir ki, Amerika Aviasiya və Kosmos Dairəsi (NASA) mütəxəssislərindən Rubab Khan ABŞ Astronomiya Cəmiyyətinin Florida ştatına bağlı Kissimmee şəhərində keçirilən illik toplantısında etdiyi çıxışında, kəşf edilən ulduzların Dünyadan 10 min işıq ili uzaqlıqdakı Carina bürcündə yerləşən "Eta Carinae" ulduzuna bənzədiyini bildirib.
 
Yeni olan ulduzlardan ikisi 15 milyon işıq ili uzaqlıqdakı M83 qalaktika, digər üçü də 18 və 26 milyon işıq ili uzaqlıqdakı NGC 6946 və M51 qalaktikalarında yerləşir.
 
"Eta ekizləri" adlandırılan ulduzları "Habbl" və "Spitzer" teleskoplarından istifadə edərək tapdıqlarını qeyd edən Khan, kəşfin nəhəng ulduz sistemlərinin şəfəqinə və keçirdikləri təkamülə işıq tutacağını vurğulayıb.
 
Günəşdən 5 milyon dəfə parlaq və 90 dəfə böyük olduğu güman edilən "Eta Carinae" ulduzunda 1840-cı ildə güclü partlayışlar baş vermişdi. Ulduz partlayışlar zamanı kosmosa Günəşin çəkisindən 10 dəfə çox qaz və toz atmışdı.
 
Super ulduzların kəşfi "Astrophysical Journal Letters" jurnalında da dərc olunub.

Google+ WhatsApp ok.ru