Beyin hansı qidanı xoşlayır və hansı qidadan əziyyət çəkir?

Beyin hansı qidanı xoşlayır və hansı qidadan əziyyət çəkir?

Yemək zamanı biz faktiki olaraq beynimizi qidalandırırıq, çünki bədənə qida ilə birlikdə daxil olan enerjinin çoxunu o istehlak edir. Beyin yüksək kalorili qidaları sevir və sahibinin daha çox yeməsinə çalışır. Lakin özü də ilk növbədə bundan əziyyət çəkir.
 
Maide.Az "RİA novosti"ə istinadla xəbər verir ki, dadlı yağlı qidalar beyinə xoş gəlir – çünki o enerji mənbəyidir. Lakin, Yel Universitetinin (ABŞ) tədqiqatçıları aşkar etmişdir ki, yüksək miqdarda yağlı pəhriz iltihablı proseslərə səbəb olur.
 
Yağlı qidalardan sui-istifadə gələcək nəsillərin zehni qabiliyyətlərinə təsir göstərir. Bu Cons Hopkins Tibb Məktəbinin alimləri tərəfindən aşkar olunmuşdur.
 
Təcrübə hamilə siçovullar üzərində aparılmış və tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, normal qidalanan hamilə siçovulların balalarının əqli səviyyəsi və yaddaşı yağlı qidalanan hamilə siçovulların balalarının əqli səviyyəsi və yaddaşından daha yüksək olur. Alimlər belə bir nəticəyə gəlmişlər ki, ananın qeyri-sağlam bəslənməsi dölün genlərinin aktivliyinə və formalaşan beyninin fəaliyyətinə təsir göstərir. 
 
Alimlər qeyd edirlər ki, səhəri bir fincan qəhvə ilə başlamaq vərdişi sağlamlığa yaxşı təsir edir. Son araşdırmalara görə, qəhvə beyni Parkinson və Alzheimerin vurduğu zərərlərdən qoruyur.
 
Sağlam pəhriz, çoxlu sayda meyvə-tərəvəz, göyərti, dənli bitkilər və dəniz məhsulları da daxil olmaqla beyin işini yaxşılaşdırmağa kömək edir. Məsələn, yağlı balıqların tərkibində olan omega-3 və omega-6 poli doymamış yağ turşuları uzun müddətdir ki, alimlərin diqqət mərkəzindədir.
 
Onların çatışmazlığı bir çox beyin pozğunluğu ilə əlaqələndirilir: Alzheimer xəstəliyindən tutmuş, şizofreniyaya və diqqət çatışmazlığına qədər.
 
Harvard Tibb Məktəbinin tədqiqatçıları daha çox bitki mənşəli zülal və balıq istehlak etməyi, yaxşı (doymamış) yağları seçməyi məsləhət görürlər - məsələn, marqarin əvəzinə zeytun və ya kətan yağını. Beyin ürək üçün faydalı olan hər şeyi sevir, qan təzyiqini aşağı salır və qan damarlarını qoruyur.
 
Son elmi araşdırma məlumatlarına əsasən mütəxəssislər beyin üçün faydalı olan komponentlərlə - omeqa-3 yağ turşuları, vitaminlər, antioksidanlarla zəngin olan beş məhsulun siyahısını tərtib ediblər. Onları müntəzəm istifadə etsəniz, zehni qabiliyyətinizi qorumağa və hətta inkişaf etdirməyə kömək edəcəkdir. Bu məhsullara daxildir: göyərti, yağlı balıq, giləmeyvələr, çay və qəhvə, qərzəkli meyvələr.

Google+ WhatsApp ok.ru