Beyləqandakı qəzada ölənlərin sayı artıb

Beyləqandakı qəzada ölənlərin sayı artıb

Beyləqan rayonunda baş verən qəzada ölənlərin sayı artıb.

 
"Qafqazinfo"nun verdiyi xəbərə görə, rayonun Əhmədli kəndi ərazisində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Qafar Seyidəliyev idarə etdiyi "Opel" markalı avtomobili aşıraraq kanala düşüb. Qəza nəticəsində özü və 47 yaşlı arvadı Güləndam Əliyeva xəstəxanaya aparılarkən yolda ölüblər.
 
Sərnişinlərindən biri, 50 yaşlı Elmidar Mehdiyev və G.Əliyevanın bacısı, 55 yaşlı Qəmər Beyləqan rayon xəstəxanasına yerləşdiriliblər. E.Mehdiyevin vəziyyəti ağır olduğundan qohumları onu Bakıya xəstəxanaya gətirib və o, Sulutəpə qəsəbəsində yerləşən xəstəxanada vəfat edib.
 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Google+ WhatsApp ok.ru