Bəqərə, 69. Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın». Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir».

Həzrət Məhəmməd (s) buyurur:
“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”



Beynəlxalq Xocalı gününün təsis olunması təklif edildi - FOTO

-- Ərdəbildə Qarabağ tədbiri

Tarix : 02-03-2018 10:35

Ərdəbildə İşğala və Terrora Qarşı Beynəlxalq Forumun (Beynəlxalq Qarabağ Forumu) dördüncü toplantısı keçirildi.
 
Maide.Az "musavat.com"-a istinadən  xəbər verir ki,  tədbir girişində və tədbir salonunda Xocalı soyqırımını əks etdirən fotoların asıldığı Ərdəbil Beynəlxalq Universitetində baş tutdu.
 

12 min tələbənin təhsil aldığı, 900 müəllimin çalışdığı Ərdəbil Dövlət Universitetindəki böyük toplantıda Azərbaycan, İran və Türkiyə nümayəndə heyətləri iştirak edirdi. Toplantıda ilk olaraq Qurani-Kərim oxundu. Ardınca tədbirə ev sahibliyi edən növbəti ölkənin, İranın dövlət himni oxundu. Konfransa universitetin müəllimi Şeyda xanım Müzəffəri yüksək səviyyədə moderatorluq edirdi. O, “Dostluq və barış görüşü” adlandırdığı tədbiri açaraq iştirakçılara və qonaqlara “xoş gəldiniz” dedi.

Ərdəbil Universitetinin rektoru, doktor, professor Qudərz Sadiqi forumda ilk olaraq çıxış etdi: “Özəlliklə İran İslam Respublikasına və qardaş Azərbaycan Respublikasına uğurlar arzulayıram. İnşallah, gündən-günə ölkələrimizi inkişafda görək!” Rektor Rusiya, Azərbaycan, Türkiyə və Gürcüstan nümayəndələrinin  təsisçiliyi ilə yaradılmış forumun önəmindən bəhs etməklə yanaşı, tədbirin ərsəyə gətirilməsinə görə QAT sədri Akif Nağıya məxsusi təşəkkür etdi: “Ərdəbilin İmam-cüməsi Seyid Həsən Amili tədbirdə iştirak edə bilməsə də, salamlarını çatdırmağı xahiş etdi. Ancaq bilirik ki, nümayəndə heyətinin səfərinin ilk günü Seyid Həsən Amili ilə çox vacib və maraqlı görüşü olub”.

Ərdəbil Universitetinin tarix müəllimi doktor Əsədi əvvəlcə Xocalı soyqırımı, Qarabağda baş verənlər barədə Ərdəbildə doğru-dürüst məlumatın olmadığını etiraf etdi: “Xocalının harada yerləşdiyi və orada nə baş verdiyi barədə mənə sual verirlər. Deməli, Xocalıda baş verənlər haqqında bizim xalqımızda hələ tam məlumat yoxdur”. Doktor Əsədi daha sonra Xocalıda baş verənlər barədə ətraflı məlumat verdi.

“Biz dünyanın istənilən ölkəsində terroru lənətləyirik. Çünki biz  də İran olaraq terror və işğaldan zərər görmüşük. Ərdəbil şəhəri özü terrorda şəhid verib. Şəhid Pirzadə bu şəhərin adlı-sanlı terror şəhidlərindəndir”.

Bu fikirləri isə Təbriz Universitetinin müəllimi Ruhulla Mütəfəkkiri Azad söylədi. Azərbaycan ərazilərinin işğalından bəhs edən natiq aparılan sülh danışıqlarının perspektivini görmədiyini söylədi və Qarabağın güzəşt edilməsinin mümkünsüz olduğunu bəyan etdi: “Minsk Qrupu kömək edə bilsəydi, indiyədək edərdi. Əslində Minsk Qrupunun yaradılmasında məqsəd budur ki, Qarabağ münaqişəsi daim bizim ürəyimizdə qalsın. Qarabağla bağlı geri çəkilmək mümkünsüzdür. Kimsə düşünsə ki, bu torpaqların yarısından keçə bilərik, ya hardasa geri çəkiləcəyik, bu, mümkünsüzdür! Necə ki, biz Xürrəmşahda dayandıq, durduq. İsrarlı olmasaydıq, oranı bizə verməyəcəkdilər. Fələstin məsələsində də sonadək dayanmalıyıq, yoxsa qələbə qazana bilməyəcəyik”. Bununla belə, Ruhulla Mütəfəkkiri Azad bəzi dövlətlərin hansısa formada tənzimləmə prosesində iştirakına qarşı çıxdı, həmçinin İsrail əleyhinə kəskin fikirlər səsləndirdi: “İslam ölkələri, öz qonşularımızla bir yerdə torpaqlarımızı azad edək”.

“Qarabağla bağlı bu qədər ki, işlər görülür, tədbirlər keçirilir, inşallah sonda Qarabağı azad edəcəyik”.

Bunu isə “Təbriz” qəzetinin baş redaktoru Hamid Xosrovşahi çıxışında dedi. H.Xosrovşahi də sülh danışıqlarının faydasızlığına diqqət çəkdi: “Biz bu gün əlimizi əlimiz üstə qoyub, Minsk Qrupunun məsələni həll edəcəyini gözləməməliyik, özümüz hərəkət etməliyik. Allahdan istəyirəm ki, Akif Nağının öncüllüyü ilə Xocalıya əvvəlinci girənlərdən olaq, Allah bizə Xocali məscidində namaz qılmaq fürsəti versin!”

Ərdəbil Universitetinin müəllimi, doktor Mirzə Rəsulzadə “Xocalı” şeirini söylədi və hər kəsi təsirləndirdi.  Ardınca Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film təqdim olundu.

QAT sədri Akif Nağı çıxışında Xocalı soyqırımına biganə qalmadıqlarına, soyqırımın ildönümü ilə bağlı konfransın və forumun keçirilməsinə yardımçı olduqları üçün İran hökumətinə, həmçinin Ərdəbil vilayətinin və Ərdəbil Universitetinin rəhbərliyinə təşəkkür etdi: “Mən təşəkkür edirəm ki, dördüncü toplantımız Ərdəbildə keçirilir. Bu, bir daha sübut etdi ki, düşmənlər nə qədər çalışsalar da, bizim aramıza girə bilməyəcəklər. Biz bir yerdə işğala və terrora qarşı mübarizə aparıb, inşallah, qalib gələcəyik”.

A.Nağı İslam dünyasını erməni işğalına, terroruna və vəhşiliyinə qarşı konkret addımlar atmağa çağırdı: “Biz anım mərasimləri keçirməklə, ağlamaqla kifayətlənməli deyilik. Məsələn, biz təklif edirik ki, hər il Beynəlxalq Qüds günü keçirildiyi kimi, Beynəlxalq Xocalı günü də təsis olunmalıdır. Ən azı İran və Türkiyə bununla bağlı təşəbbüs göstərməli, həmin gün Azərbaycanda olduğu kimi, məktəblərdə Xocalı günü, Xocalı saatı keçirilməlidir. Hər kəs bilməlidir ki, Dağlıq Qarabağ məsələsi bütün İslam dünyasının məsələsidir. Dünya bu gün iki hissəyə bölünüb: İslam dünyası və xristian dünyası. İŞİD-i yaradanlar, terroru dəstəkləyənlər üstümüzə gəlirlər, iki din arasında cəbhə xəttini məhz onlar yaradıblar. Biz İslam aləmi olaraq Fələstin, Kəşmir, Yəmən, həmçinin də Qarabağ məsələsində güzəştə gedə bilmərik”.

“Xocalı faciəsi əsrin görünməmiş faciəsidir. Oradakı insanlar məhz azərbaycanlı olduqları üçün bu faciəyə düçar oldular. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynlərini itirdi. Biz bu faciələri ona görə yaşadı ki, zaman-zaman baş verənləri unutduq, yaxud bizə unutdurdular”. Bunu isə Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin rəhbəri Nəsimi Qarabağlı söylədi. 

Türkiyə Şəhid Ailələri və Qazilər Dərnəyinin başqanı Mühsin Ağçay çıxışında forum iştirakçılarını salamladıqdan sonra erməni işğalından danışdı, onların bölgə üçün təhlükə yaratdığını bildirdi: “Biz ermənilərlə PKK-nın işbirliyi şəraitində törədilən terrorun, erməni zülmünün nə demək olduğunu çox yaxşı bilirik. Bu barədə dədələrimizdən də eşitmişik. Azərbaycan torpaqları işğal edilib və 1 milyon insan torpaqlarından qovulub. Ermənilərin türklərə qarşı nifrəti 100 ildir davam edir. Son olaraq Xocalıda soyqırım törətdilər. Biz Azərbaycanla bir millət iki dövlətik, Mustafa Kamal Atatürk demişkən, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir”. Möhsin bəy Türkiyənin Afrində terrora qarşı savaşından da bəhs etdi: “Azərbaycanın, İranın bizə dəstək verməsi lazımdır. PKK ilə mübarizədə minlərlə şəhid vermişik. Gəlin hamımız terrora qarşı birgə mübarizə aparaq. Biz Afrində təkcə PKK, ya PYD ilə deyil, ingilis, amerikan, fransız, almanlarla savaşırıq”.

“İran Qarabağ məsələsində Azərbaycana dəstəyini əsirgəməyib, bu, tarixi faktdır, unudulmayıb, unudulmayacaq da”. Bunu Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Hacı Rövşən Əhmədli çıxışında söylədi. Əlavə etdi ki, Qarabağ uğrunda mübarizə yalnız coğrafiya mübarizəsi deyil: “Bu gün dünyada ləyaqət, şərəf, izzət müharibəsi gedir. Bu gün haqqa təcavüz edirlərsə, şərəfi olan hər kəs ona qarşı mübarizə aparmalıdır. Allah bu torpaqlarda yaşamağı bizə buyurub. Erməni təkcə bizim torpaqlarımıza yox, Allahın haqqına təcavüz edib! Bizim yalnız torpağımıza yox, dinimizə, inancımıza təcavüz ediblər. İnşallah, İslam dünyasının birliyi ilə bu yaraları sağaldacağıq”.

“Kədərlənməklə, göz yaşı tökməklə işimizin bitdiyini düşünsək, vay bizim halımıza”. Bunu isə Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova söylədi. Xanım çıxışçı bildirdi ki, biz daim zalıma yox deyəcəyik: “Minsk Qrupu 26 ildir bölgədə qara lövbər salıb. Bizə onlardan yardımçı olmaz. Bütün dünyaya işğalçı olduğu məlum olan dövlətin gəlib digər işğala məruz qalan ölkəyə yardım etməsi mümkünsüzdür. Mən özüm əslən Zəngilanlıyam, ordan çıxanların bütün ah-fəryadını gözümlə görmüşəm, orada yardım edənləri də qəlbimin lentinə almışam”. Növrəstə xanım milli birliyə çağırdı: “İstər Arazın o tayı, istər bu tayı, fərqi yoxdur, eyni qəlblərdir, eyni insanlardır. Mən bunu ata-babamdan da eşitmişəm. Biz meydanda hazırıq, inşallah, bu məsələnin həllini yalnız və yalnız müharibədə görürük”.

“Jurnalistlər Ekstremal Şəraitdə” təşkilatının rəhbəri Firuzə Əsədullayeva hərbi jurnalist kimi Qarabağ xatirələrini bölüşdü və ordumuzun qüdrətindən danışdı: “Allaha şükür olsun ki, bizim ordumuz çox qüvvətlənib. Bunu 2016-cı ilin aprel döyüşləri də bunu sübuta yetirdi. İslam dövlətlərinin dəstəyi ilə bütün xalqımız ayağa qalxacaq, qüdrətli ordumuz mütləq qələbə qazanacağıq. İnşallah düşməndən qisasımızı alacağımız günün hamımız şahidi olacağıq”.

Türkiyənin Qars vilayətindən foruma qatılmış ictimai fəal Turqut Zaman isə dedi ki, dünya, nəhayət, Xocalı soyqırımına qiymət verməlidir.

Bundan sonra QAT sədri Akif Nağı forumun adının dəyişdirilərək Beynəlxalq Qarabağ Forumu adlandırılmasını təklif etdi. Təklif qəbul edildi. Ardınca A.Nağı Ərdəbilin İmam-cüməsi Seyid Həsən Amilinin forumun fəxri üzvü olmaq istəyini forum iştirakçılarına çatdırdı. İştirakçılar İmam-cümənin və Ərdəbil Universitetinin foruma üzvlüklə bağlı müraciətini müsbət qarşıladılar.

Forumda Kəlbəcərdə girov düşən və bu günə qədər ermənilərin işgəncələr altında saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığına nail olmaq üçün İslam dünyasına çağırış edildi. 

İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumun İranın Ərdəbil şəhərində keçirilən Dördüncü (Ərdəbil) Toplantının sonunda Nəsimi Qarabağlı yüksək səviyyədə keçirilən Dördüncü (Ərdəbil) Forumunun qətnaməsini oxudu. Sənəddə deyilir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı, Ermənistanın işğalçı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılmalıdır. Əks halda, Azərbaycanın işğal olunmuş əraziləri hərbi yolla azad etmək haqqı beynəlxalq təşkilatlar, bütün dövlətlər tərəfindən tanınmalıdır. Qətnamə müəyyən düzəlişlərlə səsə qoyularaq qəbul edildi. Yekunda A.Nağı Ərdəbil Universitetinin rəhbərliyinə xatirə hədiyyələri, Qarabağ həqiqətləri barədə kitablar və Azərbaycan bayrağını hədiyyə etdi.

 

 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:07
06:27
12:33
18:53
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

22-09-2018 10:01