Bəqərə, 51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

İmam Həsən (ə) buyurur:
“Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”



Beynəlxalq Amnistiya: “Şeyx Zəkzəkinin tərəfdarları haqqında hələ də ədalət bərpa edilməyib”

-- Heç kim cinayətə görə məsuliyyət daşımır, itkin düşmüş ailələr isə hələ də sevdiklərinin xəbərini gözləyir

Tarix : 12-12-2017 16:33

Beynəlxalq Amnistiya təşkilatı Nigeriya rəhbərliyinin ordunun 2015-ci ilin dekabr ayında ölkənin şimalındakı Zaria şəhərində 350-dən çox Əhli-Beyt (ə) ardıcılının öldürməsinə görə haqq-ədaləti bərpa etmədiyini deyib.
 
Beynəlxalq Amnistiya təşkilatının Nigeriya şöbəsinin direktoru Osai Ojiğo Nigeriya Əhli-Beyt (ə) ardıcıllarına qarşı ordunun törətdiyi qətliamın 2 illiyi münasibətilə verdiyi bəyanatında belə qeyd edib: “Heç kim cinayətə görə məsuliyyət daşımır, itkin düşmüş ailələr isə hələ də sevdiklərinin xəbərini gözləyir. Beynəlxalq Amnistiya Mando yaxınlığındakı kütləvi məzarın yerini müəyyən etdi və ziyarət etdi, lakin hələ də eksqumasiya (cəsədlərin məzarlıqdan çıxarılması) baş verməyib.
 
Nigeriyanın hakimiyyət orqanlarında Zariadakı əsgərlər tərəfindən yüzlərlə qadının, kişinin və uşağın öldürülməsinə görə heç kimin həbs edilməməsi, ölkədəki insan hüquqları pozuntuları üçün cəzasız bir mədəniyyətin qəbul edilməsini göstərir.
 
Araşdırmamız göstərir ki, iki il bundan əvvəl Nigeriya İslam Hərəkatının üzvləri ilə Nigeriya hərbi birləşmələri arasında baş verən toqquşmalarda ölənlərin sayının çoxluğu ordunun həddən artıq gücdən istifadə etməsinin nəticəsi idi və bu hərtərəfli araşdırılmalıdır.
 
12-14 dekabr 2015-ci il tarixləri arasında Nigeriya təhlükəsizlik qüvvələri kişi, qadın və uşaq olmaqla yüzlərlə nigeriyalı Əhli-Beyt (ə) ardıcılını öldürüb və 200-dən çox müsəlmanı həbs edib. Həlak olanların dəqiq sayı məlum deyil, ancaq rəsmi göstərici 347-dən daha çox ola biləcəyini göstərir. Yüzlərlə İMN tərəfdarının qətliamlardan sonra itkin düşdüyü bildirilib.
 
Mando kütləvi məzarının 2 noyabr və 24 dekabr 2015-ci ildəki peyk görüntüləri bina və məscidlərin məhv edilməsi daxil olmaqla, təxminən 1000 kvadratmetrlik ərazinin ciddi dağıdıldığını göstərir.
 
Beynəlxalq hüquq çərçivəsində bu cinayətə tam müstəqil məhkəmə istintaqı aparılmasının vaxtı çoxdan çatıb. Bir çox ailə hələ də 12 dekabr 2015-ci il tarixindən etibarən görmədikləri və eşitmədikləri sevilənlərinin taleyindən xəbərsizdir”.(deyerler.org)
 
 
 
Osai Ojiğo bəyanatının davamında Nigeriyanın baş prokuroru və ədliyyə nazirinin kütləvi məzarlıqdakı cəsədlərin çaxarılması və bu cinayətə görə məsuliyyətli şəxslərin hakim qarşısına çıxarılmasını təmin etməsində məsuliyyətlərinin olduğunu bildirib.
 
 
 
Xatırladaq ki, Nigeriya hökuməti Zariada baş vermiş qeyri-qanuni qətliamı açıq şəkildə pisləməkdən çəkinib. Eyni zamanda İMN-nin lideri Şeyx İbrahim Zəkzəki və həyat yoldaşının bir il əvvəl azadlığa buraxılmaq üçün Abuja Ali Məhkəməsinin verdiyi qərarı icra etməkdən çəkinərək, qanunsuz olaraq hələ də həbsdə saxlayır.
 


Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:09
06:29
12:32
18:49
23:53
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

24-09-2018 14:09