Beynəlxalq ictimaiyyət Şeyx Nəmrə olunan ədalətsizliyə etiraz edir

İranın Dini Elmi Hövzələri müdiri Höccətülislam Vəlmüslimin Hüseyni Buşehri beynəlxalq ictimaiyyəti səudiyyəli alim Şeyx Nəmrin edam cəzası almasına və azadlıqdan məhrum olunmasına etiraz etməyə və bu cəzanın tədbiq olunmasına imkan verməməyə çağırıb. 

Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, Qum şəhərində cümə günü sakinlərin etirazı zamanı çıxış edən    Seyid  Hüseyni Buşehri jurnalistlərlə söhbətində, müsəlman xalqlarının bu qərardan hiddətləndiyini qeyd edib və bildirib ki, əgər Səud rejimi bu qərarı ləğv edərsə bu ilk növbədə ər-Riyadın xeyrinə olacaq. 

Dini Elmi Hövzələri müdiri onu da qeyd edib ki, Şeyx Nəmrə verilmiş ədalətsiz qərara etiraz müxtəlif ölkələrdə baş qaldırıb və Səud rejimi bu nümayişçilərə və məntiqlərə cavablar verməlidir, çıxardığı edam hökmünü məntiqli əsaslandırmalıdır. 

"Şeyx ən-Nəmr bu gün öz düzgünlüyünün qurbanıdır, lakin ona bu cəzanı verənlər bilməlidirlər ki, bu böyük islam aliminin müxtəlif ölkələrdə çox sayda tərəfdarları var. Şeyxin tərəfdarları rejimin bu ədalətsiz qərarı qarşısında susmayacaqlar " deyərək  Buşəhri deyib.  //

 

 

Google+ WhatsApp ok.ru