Beynəlxalq İnsan Haqları Federasiyası: Fələstin çox gecikən ədaləti gözləyir

Beynəlxalq İnsan Haqları Federasiyası yaydığı hesabatında sionist işğal güclərinin Qəzzaya qarşı təcavüzlərində birbaşa insanlığa qarşı cinayətlər və ağır müharibə cinayətləri törətdiklərini açıqlayaraq, fələstinlilərin çox gecikən ədaləti gözlədiklərini vurğulayıb.
 
Maide.az xəbər verir ki, Federasiyanın "Mühasirə altında cəzalandırılanlar... Qəzzada tənəzzülə qarşı qətiyyətlə müqavimət göstərən dinc əhali" başlıqlı hesabatda, işğal rejiminin ötən yay iyul-avqust aylarında həyata keçirdiyi hücumlarda hüquq pozuntuları, törədilən müharibə cinayətləri, cinayətlər və qırğınlar haqqında məlumatlara yer verilib.
 
Federasiyanın baş direktoru vəkil Kərim Lahiji hesabatla bağlı keçirdiyi mətbuat konfransında belə deyib: "Artıq Beynəlxalq Cəza Məhkəməsinin münaqişələrin həlli məsələsində sorğu-sual etmək üçün ilk mühakiməyə başlamasının vaxtı gəlmişdir. Məhkəmə prokurorunun Qəzzada törədilən cinayətlərin miqyasını anlamaq üçün bəzi araşdırma aparması lazımdır. Qarşıdakı 1 aprelin artıq Fələstin və İsrail arasındakı ittihamların məhkəməyə çıxarılmasını əngəlləyən qanuna qarşı mübarizənin başlanğıc tarixi olmasını gözləyirik. Fələstinlilər çox gecikən bir ədalət gözləyirlər. Qüvvədə olan toxunulmazlıq qanunu daha çox cinayət törədilməsinə şərait yaratmaqdan başqa bir şey deyil."
 
Beynəlxalq İnsan Haqları Federasiyasının hesabatında işğal rejiminin vətəndaşlara qarşı təsadüfi hücumlarından və bu hücumların səbəb olduğu qırğınlardan müxtəlif nümunələr verilib.

Google+ WhatsApp ok.ru