Beynəlxalq Amnistiya Təşkilatı: “Sionist İsrail rejimi hərbi cinayət törədib”

Beynəlxalq Amnistiya Təşkilatı, London Universitetinin Ədliyyə Memarlıq Qurumu ilə birgə "Qara Cümə: Rəfahda 2014 İsrail-Qəzza Böhranında Baş Verən Qətliam" başlıqlı hesabat hazırlayıb.
 
Deyerler.org-un Dunyabulteni saytına istinadən verdiyi xəbərə görə, hesabatda geniş multimedia materiallarından əldə olunan dəlillər nəticəsində sionist İsrail rejiminin Qəzzanın cənubundakı Rəfah şəhərinə sistemli və qəsdən hava, eyni zamanda quru hücumları təşkil edərək, 135 mülki vətəndaşı öldürdüyü bildirilir.
 
Sionist İsrailin bu hücumlarla bəşəri cinayət törətdiyini bildirən Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika Proqramının direktoru Filip Luther məsələyə dair fikirlərini hesabatda qeyd edib.
"Rəfahda mülki vətəndaşların yaşadığı yaşayış yerlərinin bombalanmasına və İsrail qüvvələrinin hərbi cinayət törətdiyinə dair güclü dəlillər var. Belə hesablanmamış hücumlar, İsrail əsgəri Hadar Goldinin qaçırılmasına dolayısıyla təsir etdi və insan həyatına hörmət edilmədiyini ortaya çıxardı".
 
Hesabatla ədalət çağırışı etdiklərini bildirən Luther, yüzlərlə fotoşəkil, video, peyk görüntüsü və şahid ifadələrinin sionist İsrail rejiminin beynəlxalq hüququ pozduğunu aşkara çıxardığını və bunun araşdırılmalı olduğunu bildirib.
Sionist İsrail rejiminin Xarici İşlər Nazirliyi Beynəlxalq Amnistiya Təşkilatının hesabatına sərt reaksiyasını bildirib. “Hesabatı oxuyan şəxs, İsrailin özüylə döyüşdüyü düşüncəsinə gələ bilər. Çünki, hesabatda HƏMAS və digər qrupların hərbi fəaliyyətinə az qala heç toxunulmur".
Sionist İsrail Xarici İşlər Nazirliyi Beynəlxalq Amnistiya Təşkilatının beynəlxalq qanunları səhv anladığını bildirərək, bunları qeyd edib: "Təşkilat, İsrail ordusunun heç kəsə fərq qoymadan güc tətbiq etdiyini iddia edir. Bu iddia da mülki vətəndaşların ölümü ilə nəticələnən faciəli nəticələrə işarə edir. Ancaq, aparılan bu hesabat beynəlxalq qanunlara əsaslanmır və təşkilatın İsrail əleyhinə siyasi qərəzini əks etdirir".
Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) tərəfindən verilən yazılı açıqlamada isə hesabatdan məmnunluq ifadə olunub. "Bu dəlilləri Beynəlxalq Haaqa Məhkəməsinə təqdim etməkdə tələsmək lazımdır” ifadəsi açıqlamada qeyd olunub. Açıqlamada, hesabatın tələbinin Fələstin xalqına qarşı törətdiyi bütün cinayətlər görə sionist İsrail rəhbərlərinin cəzalandırılması və bu sahədə beynəlxalq cəmiyyətin hərəkətə keçməsinin lazım olduğu qeyd olunub. /

Google+ WhatsApp ok.ru