Beynəlxalq Atom Agentliyinin rəhbəri “Parçin` hərbi obyektinə baxış keçirib

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Tehrana səfəri çərçivəsində bu gün  Parçin hərbi obyektinə baxış keçirib. Bunu İranın atom enerji təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib. 
Maide.az xəbər verir ki, B.Kamalvəndi deyib ki, Amano baxış zamanı Parçin obyektinin mübahisəli bəzi ərazilərində olub. “Xüsusi ilə Mamo bəndinə gedən yolun tikinti və bərpası prosesi ilə yaxından tanış olub.
Onun sözlərinə görə Y.Amano  İran prezidenti Həsən Ruhani, İran atom enerji təşkilatının sədir Əli Əkbər Salehi , XİN başçısı Məhəmməd Cavad Zəirf ilə görüşüb. “Y.Amano həmçinin İran parlamentində olub  parlament nümayəndələrinin son razılaşma ilə bağlı suallarını cavablandırıb.”
B.Kamalvəndi deyib ki, bir günlük səfər çərçivəsində Yukiya Amano Tehranda keçirdiyi görüşlərdə İran və altılıq ölkələr arasında əldə olunan son razılaşma , yol xəritəsi və İran və BAEA arasındakı razılaşmalar haqqında danışıqlar aparıb. 
Beynəlxalq Agentlik bundan əvvəl bildirmişdi ki, beynəlxalq sanksiyaların ləğv olunması üçün bir sıra qeyri-müəyyən qalan məsələlər İran tərəfindən aydınlaşdırmalıdır.
İyul ayında İran Qərbin aparıcı 4 dövləti (ABŞ, İngiltərə, Fransa, Almaniya), Rusiya və Çinin iştirakı ilə aparılmış beynəlxalq danışıqlarda üzərində müəyyən öhdəliklər götürmüşdü.   /
 

Google+ WhatsApp ok.ru