`Beynəlxalq təşkilatlar dərhal Nigeriyada törədilən cinayətlə bağlı araşdırmalara başlamalıdır`

Britaniyanın İslam İnsan Haqları Komissiyasının sədri Məsud Şəcərə Nigeriyada müsəlmanların kütləvi şəkildə qətliamını pisləyib. 
Maide.az xəbər verir ki, M.Şəcərə beynəlxalq təşkilatların dərhal "proqramlaşdırılmış" şəkildə törədilən bu cinayətlə bağlı araşdırmalara başlamalarını, şeyx İbrahim Zəkzakın vəziyyətinə aydınlıq gətirilməsini istəyib.
O deyib ki, İngiltərə İslam İnsan Haqları Komissiyasına təqdim edilən faktlara əsasən Zarya şəhərində ordunun hücum etməsinin ardınca baş vermiş qanlı hadisədə ölənlərin sayı 1000-ə yaxındır.  “Şahid ifadələri və əldə edilmiş faktlar bunu deməyə əsas verir ki, Nigeriya ordusu öz cinayətinin miqyasını gizlətmək üçün öldürülmüş şəxsləri kütləvi qəbirlərdə dəfn edib.”
M.Şəcərə Qərb medialarının xüsusilə də İngiltərə medialarının bu cinayətlə bağlı davranışlarını qınayıb və bildirib ki, dünya ictimaiyyəti xüsusilə də Qərb mediaları və dövlətləri öz sükutları ilə Nigeriyada şiələrin kütləvi şəkildə qırğınına zəmin yaradıblar.
İngiltərə İslam İnsan Haqları Komissiyasının sədri qeyd edib ki, Nigeriyada baş verən cinayətin arxasında Ərəbistanın vəhhabi dövlətinin təzyiqləri dayanır./
 

Google+ WhatsApp ok.ru