Beynəlxalq Amnistiya: Nigeriya şiələrinin qətliamı və gizlincə dəfni məsələsi araşdırılmalıdır

Beynəlxalq Amnistiya Təşkilatı Nigeriyada şiələrin qətliamı və gizlincə dəfni məsələsini araşdırmağı tələb edir.
 
Maide.az xəbər verir ki, Beynəlxalq Amnistiya Təşkilatı ötən gün bəyanat yayıb və elan edib ki, Nigeriyada Kaduna əyalətinin rəsmiləri hesab edir ki, ordu qüvvələri  şiələrlə qarşıdurmada 100-lərlə insanı öldürüb və bir o qədər insanı da yaralayıblar, həmçinin 347 nəfərin cənazəsini  gizli formada  kütləvi məzarlıqda  dəfn ediblər.
 
Məlumatda bildiriir ki, Kaduna şəhər başçısını  müavini  Balarab Laval şiələrin kütləvi qırğını ilə bağlı keçirilən  məhkəmədə deyib ki, dekabr ayındakı qarşıdurmadan sonra şiələrin cənazələri  ordu qarnizunundan çıxarılıb kütləvi  məzarlıqda dəfn edilib.
 
Beynəlxalq Amnistiya Təşkilatı öz bəyanatında bildirib ki, Kaduna əyalət rəsmilərinin  şiələrin kütləvi qırğını və gizlin dəfn edilməsi haqqındakı etirafları bu cinayətləri törədənlərin mühakiməsi üçün önəmli addımdır. “Hazırda  lazımdır müstəqil araşdırma komitəsi yaradılsın, kütləvi məzarlıqlar tapılsın  və  araşdırma aparılsın.”
Qeyd edək ki, dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Şeyx Zəkzakinin evinə hücum edib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub. 
 
Cari ilin  yanvar ayında Nigeriya İslami Hərakatının sözçüsü İbrahim Musa bəyanat yayaraq bildirib ki, bizdə olan siyahıya görə dekabrda baş verən o faciədən sonra 730 kişi və qadın itgin düşüb. “Bu şəxslər ya ordu qüvvələri tərəfindən öldürülüb, ya həbs olunublar. Lakin onların taleyi ilə bağlı heç bir məlumat yoxdur.”
 
İ.Musa deyib ki, Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır. 
 
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları  dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər. 
 
 

Google+ WhatsApp ok.ru