Beynəlxalq Qüds Günü İmam Xomeyni (r.ə) və Ali Rəhbər Xamenei cənablarının kəlamında

Beynəlxalq Qüds Günü İmam Xomeyni (r.ə) və Ali Rəhbər Xamenei cənablarının kəlamında

Maide.Az  İmam Xomeyni (r.ə) və Ali Rəhbər Ayətullah Xamenei cənablarının  Beynəlxalq Qüds Günü ilə bağlı kəlamlarını təqdim edir: 
 
İmam Xomeyni (rəhmətullahi əleyh):
 
- Qüds Günü islami bir gün və ümumi İslam səfərbərliyidir. Mən ümidvaram ki, Qüds Günü "Ümumdünya Məzlumlar Partiyası"nın təşkili üçün müqəddimə olacaq.
 
- Qüds Günü məzlum xalqların taleyləri həll olmalıdır. Gərək məzlum xalqlar imperialist dövlətlər qarşısında öz varlıqlarını elan etsinlər
 
- Qüds Günü elə bir gündür ki, gərək hegemon dövlətlərə anladılsın ki, artıq onlar İslam ölkələrinə müsəllət ola bilməzlər.
 
- Mən Qüds Gününü, İslam günü və Rəsuli-Əkrəm (s) günü kimi dəyərləndirirəm. Qüds Günü biz öz qüvvələrimizi təchiz etməliyik və müsəlmanlar imperializmin onları çəkdiyi izolyasiyadan çıxmalıdırlar.
 
*** *** ***
 
Ali Rəhbər Xamenei:
 
- Özünüzü Qüds Günü mitinqinə hazırlayın. Qüds Günü önəmli və təyinedici günlərdəndir.
 
- Qüds Günü beynəlxalq bir gündür və yalnız Qüdsə məxsus olan bir gün deyil. Bu gün məzlumların imperialistlərlə mübarizə günüdür.
 
 - Qüds Günü İslamın həyat günüdür. Bu gün İslamı dirçəltmək lazımdır.
 
- Fələstin azad olacaq. Bunda heç bir şəkk-şübhəniz olmasın.
 
- Qüds günü islami xarakter daşıyan, beynəlxalq miqyaslı, böyük və əhəmiyyətli bir gündür
 

Google+ WhatsApp ok.ru