Beynəlxalq Qırmızı Xaç İraqda qaçqınların artmasından narahatdır

Beynəlxalq Qırmızı Xaç İraqda qaçqınların artmasından narahatdır

 Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bu gün elan edib ki, İraqda İŞİD-ə qarşı əməliyyatların genişlənməsi ilə 1 milyon iraqlının evlərindən didərgin düşməsi ehtimalı var.

Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, İraqda səfərdə olan Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi Robert Mardini deyib ki, İraqda vəziyyəti proqnozlaşdırmaq çətindir, ona görə də ən ağır duruma hazır olmalıyıq.

O deyib ki, İraqın Mosul bölgəsində terrorçulara qarşı müharibə yeni mərhələyə daxil olub. Müharibə daha da alovlanarsa, bu bölgədəki insanlar yaxın aylarda öz evlərini tərk etmək məcburiyyətində qalacaq. Onlara yardımlar etmək lazımdı.
 
Qırmızı Xaç İraqda proqramlarını həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyacı var. Onun sözlərinə görə, İraqa yardım proqramı üçün 17 milyon İsveç frankına ehtiyac var. /

 

 

 

Google+ WhatsApp ok.ru