Beynəlxalq `Hüseyn kimdir?`  təşkilatının 100 könüllüsü  İmam Rzanın (ə) hərəmini ziyarət edib

Beynəlxalq `Hüseyn kimdir?` təşkilatının 100 könüllüsü İmam Rzanın (ə) hərəmini ziyarət edib

Dünyanın 60 ölkəsindən Beynəlxalq "Hüseyn kimdir?" (Who is Hussain) təşkilatının 100 könüllüsü İmam Rzanın (ə) hərəmini ziyarət edib. 
 
Maide.Az xəbər verir ki, təşkilat könüllüləri İmam Rzanın (ə) hərəmini ziyarəti ilə yanaşı  onlar üçün təşkil olunmuş müxtəlif mədəni proqramlarda iştirak ediblər. 
 
"Who is Hussain?" - Hüseyn kimdir (ə) – təşkilatının mərkəzi ofisi İngiltərədə yerləşir. Onların fəaliyyət dairəsi demək olar bütün dünyanı əhatə edir. Hər il İngiltərədə avtobuslara, qatarlara, dayanacaqlara Məhərrəm ayı ilə bağlı müxtəlif afişalar yapışdırır, bu ay ərəfəsində küçələrdə insanlara güllər paylayaraq onlara İmam Hüseyn (ə) haqqında braşüralar, şəkillər verir, dünyanın bir çox ölkəsində evsiz-eşiksizlərə, ana-ata himayəsindən məhrum olanlara yardımlar paylayır, qanvermə aksiyası və s. kampaniyalar təşkil edirlər.

Google+ WhatsApp ok.ru