Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Ayətullah Sistani ilə görüşüb-FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinin sədri Ayətullah Sistani ilə görüşüb-FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sədri Piter Maurer Nəcəf şəhərinə səfər edərək mərcəi-təqlid Ayətullah Sistani ilə görüşüb. 
 
Maide.Az xəbər verir ki, P.Maurerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Ayətullah Sistani BQXK-nin İraqda gördüyü humanitar işlərə görə bu komitəyə təşəkkürünü bildirib.  
 
Ayətullah Sistani İraq hökuməti və beynəlxalq qurumları  qaçqınlar və mühacirlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində səylərini artırılmasının zəruriliyini vurğulayıb.  
 
Görüşdə P.Maurer BQXK tərəfindən İraqda edilən yardımlar, əsir və itgin düşmüş şəxslərlə bağlı görülmüş işlərlə bağlı Ayətullah Sistaniyə məlumat  verib.
 

Google+ WhatsApp ok.ru