`Beynəlxalq Qüds günü` Nyu-Yorkda: Universitet tələbələri `Qüds günü` mitinqinə qatılacaqlarını bildirib

`Beynəlxalq Qüds günü` Nyu-Yorkda: Universitet tələbələri `Qüds günü` mitinqinə qatılacaqlarını bildirib

Ramazan ayının son cümə günü – "Beynəlxaql Qüds günü" münasibətilə Nyu-Yorkun Taymz meydanında Fələstinə dəstək mitinqi keçiriləcək.
 
Maide.info xəbər verir ki, Amerikanın Nyu-York şəhərində təhsil alan azadlıqsevər tələbələr bəyanat yayaraq "Qüds günü" ilə bağlı keçiriləcək mitinqə qatılacaqlarını bildirib. 
 
Etiraz mitinqi cümə günü günün ikinci yarısında yerli vaxtla 16:30-dan–19:00-dək Nyu-Yorkun Taymz meydanında keçiriləcək. 
 
Tələbələrin bəyanatında bildirilir: “"Beynəlxalq Qüds günü" dünyanın hər bir yanında vicdanlı şəxslər dünya məzlumları xüsusi ilə Fələstinin işğal altında olan torpaqlarında sionist rejimin zülmünə məruz qalan günahsız insanlarla həmrəylik nümayiş etdirir. Biz bütün sülhsevərləri bu mitinqdə iştirak etməyə çağırırıq. Onlar mitinqdə iştirak etməklə İsrail rejimi tərəfindən Fələstin torpaqlarının qəsb olunmasını və Əqsa məscidinin qanunsuz işğal olunmasını pisləsin. Biz həmçinin Səudiyyə rejiminin Yəmənə təcavüzünü pisləyirik. Biz Amerikada yaşayanlar, xüsusi ilə Nyu-York sakinlərini, irqçilik və ayrıseçkilik və zalimlərin siyasətində şərik olan bütün siyasi partiyaları və qrupları boykot edirik. Taymz meydanında mitinq təşkil etməklə sionist rejimin cinayətlərini dünyaya çatdırırıq”. /
 
 

Google+ WhatsApp ok.ru