Beynəlxalq Amnistiya Təşkilatı: `Səudiyyə Ərəbistanı edam cəzasından ölkədəki şiələri susdurmaq üçün istifadə edir`

Beynəlxalq Amnistiya Təşkilatı: `Səudiyyə Ərəbistanı edam cəzasından ölkədəki şiələri susdurmaq üçün istifadə edir`

Beynəlxalq Amnistiya Təşkilatı Səudiyyə Ərəbistanı rejiminin edam cəzasında, bu ölkədəki şiələri susdurmaq üçün istifadə etdiyini açıqlayıb.
 
Miade.Az xəbər verir ki, Beynəlxalq Amnistiya təşkilatının Beyrut bürosunun rəhbərinin müavini Lena Malov bildirib ki, Səudiyyə rejimi etiraz aksiyaları keçirən şəxsləri cəzalandırmaq, müxalif şiələri susdurmaq üçün edamdan siyasi bir vasitə kimi istifadə edir. 
 
L.Malov dünya ictimaiyyətini Səudiyyə Ərəbistan zindandanlarında saxlanılan və edama məhkum olunan şiələri nicat verməyə çağırıb.  
 
Beynəlxalq Amnistiya Təşkilatı həmçinin hesabat yayaraq hazırda Səudiyyə Ərəbistanı zindanlarında edama məhkum olunmuş 34 şiənin adını açıqlayıb.  
 
Qeyd edək ki, son bir neçə gün ərzində Ali-Səud rejimi Qətifdə hökumətə qarşı keçirilən aksiyalarda həbs olunan 4 nəfəri edam edib.
 
Səudiyyə Ərəbistan KİV-lərinin məlumatına görə, hazırda bu rejimin həbsxanalarında daha 50 nəfər edam edilməsi təhlükəsi ilə üz-üzədir. Həmin şəxslərin “cinayəti” dinc aksiyalarda etiraz etmək və öz hüquqlarını tələb etməkdir. /
 
عفو بین‌الملل: اعدام؛ حربه آل سعود برای ساکت‌کردن مخالفان شیعه

Google+ WhatsApp ok.ru