Beynəlxalq Amnistiya Səudiyyə rejiminə xəbərdarlıq etdi

Beynəlxalq Amnistiya Səudiyyə rejiminə xəbərdarlıq etdi

Beynəlxalq Amnistiya təşkilatı Səudiyyə rejimindən işgəncə altında ifadə verməyə məcbur olan 14 müxalifi edam etməkdən imtina etməsini tələb edib.
 
Beynəlxalq Amnistiya təşkilatı işgəncə altında etiraf etməyə məcbur olanların etiraflarının əsassız olduğunu və bunların ədalətli bir şəkildə məhkəmələrinin keçirilməli olduğunu qeyd edib. Beynəlxalq təşkilat şübhəlilərin hər şeydən əvvəl beynəlxalq qanunlar çərçivəsində məhkəməsinin keçirilməsi, edam qərarı olmadan yenidən mühakimə edilməli olduğunu bildirib.
“Şübhəlilərin etirafları ilə bağlı şəffaf və müstəqil araşdırma aparılmalıdır. Səudiyyə saxlanılanları işgəncə altında etiraf etməyə məcbur etməsi qeyri-insani bir hərəkətdir”, - deyə bəyənatda qeyd olunub.
 
Bu arada Səudiyyə rejiminin Ədliyyə Nazirliyinin sözçüsü isə 14 müttəhimlə bağlı məhkəmə prosesinin qanuni olduğunu iddia edib.
Səudiyyə rejiminin 2017-ci ildə ən azı 66 nəfəri edam etdiyi bildirilir. /
 

Google+ WhatsApp ok.ru