Beynəlxalq Amnistiya: “Ali Xəlifə rejimi müxalifətə işgəncə edir”

Beynəlxalq Amnistiya: “Ali Xəlifə rejimi müxalifətə işgəncə edir”

Beynəlxalq Amnistiya təşkilatı sentyabrın 6-da yaydığı hesabatında Ali Xəlifə rejiminin müxalifəti və tənqidçilərini həbs edərək, işgəncə verdiyini bildirib.
 
Ali Xəlifə rejimi rəsmiləri Bəhreyndə vətəndaş cəmiyyətini məhv etmək üçün hər yola əl atır.
Beynəlxalq Amnistiya təşkilatı verdiyi hesabatda, həmçinin Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin bu ilin əvvəlindən etibarən hər gün daha intensiv şəkildə bəhreynli nümayişçiləri dağıtmaq üçün zorakılıqlardan istifadə etdiyini bildirib.
 
Təşkilat Bəhreyndə məhbusların işgəncə edilməsi haqqında daha ciddi araşdırmaların aparılmasının zəruri olduğunu qeyd edərək, ölkədən kənarda olan bəhreynli fəalların da Ali Xəlifə rejimi tərəfindən hədələndiyini bildirib.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru